"Meta" səhmləri rüblük hesabatdan sonra 11% artıb
"Meta" korporasiyasının gəliri birinci rübdə 3% artaraq 28.7 milyard dollar təşkil edib. Bu, uzunmüddətli azalmadan sonra ilk artımdır. Xəbərin fonunda səhmlər 11% artıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Yüksəliş Çin bazarındakı dinamika ilə əlaqəli olub. "Meta"nın baş maliyyə direktoru Susan Li qeyd edir ki, şirkət "Çində istifadəçiləri və digər bazarları hədəfləyən reklamvermə fəallığının artdığını görüb, bunun qismən daşınma xərclərinin azalması və COVID məhdudiyyətlərinin yüngülləşdirilməsi ilə əlaqədar olduğuna inanırıq".
Bütövlükdə "Meta" hələ də itkilər verən metaversenin genişmiqyaslı layihəsinə deyil, praktiki məsələlərə, o cümlədən onlayn reklam bazarına daha çox diqqət yetirir. Bundan əlavə, analitiklər qeyd edirlər ki, şirkət süni intellektin inkişafına da maraq göstərir.
Eyni zamanda, "Meta" xərcləri azaldır – şirkət rəhbərliyi 2023-cü ili "səmərəlilik ili" adlandırıb, keçən il 11 min işçisini işdən çıxarıb. İxtisarlar davam edir – ümumilikdə 21 min işçinin ixtisar edilməsi planlaşdırılır.
Çərşənbə axşamı "Microsoft" və "Alphabet" da rüblük hesabatlar təqdim edib.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes plan necə yazılır?
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Yatırım olmadan necə biznes qurmaq olar?