"Məxfiliyi saxlamaqla sərvətin idarə edilməsini təklif edirik" - MÜSAHİBƏ

"PAŞA Bank"ın Özəl Bankçılıq blokunun baş direktoru Aqşin Mirzəzadə ilə müsahibə.
- Aqşin bəy, "PASHA Private Banking" və onun fəlsəfəsinin təməlində hansı dəyərlər dayanır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
- 2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında xidmət göstərən ilk yerli "private banking" institutudur. Biz beynəlxalq təcrübəni mənimsəyərək və yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq, müştərilərlə uzunmüddətli və etibarlı əlaqələr qurub, onların məqsədlərinə uyğun fərdi və fərqli yanaşma əsasında maliyyə xidmətləri və məhsullarını yüksək keyfiyyətlə təqdim edirik. "PASHA Private Banking" ilk dəfə "private banking" yanaşmasını Azərbaycanda tətbiq edib.
İllər ərzində böyüyən "PASHA Private Banking" bu gün müştərilər üçün "private banking" xidmətləri və əsas fəaliyyət sahəsi olan sərvətin idarə edilməsini təklif edir. Müştəri sərvətlərinin idarə olunmasında riski müştərinin risk iştahasına və məqsədlərinə uyğunlaşdırmaq və düzgün şəkildə idarə etmək,  eyni zamanda sərvətlərin potensialını reallaşdırmaq xüsusi yanaşma tələb edir.
Bir sözlə, "PASHA Private Banking" fəlsəfəsinin təməlində etimad, məxfilik və müştəriləri maliyyə rahatlığı ilə təmin etmək və kompleks həlləri təqdim etmək öhdəliyi dayanır. Bizim başlıca məqsədimiz müştərilərimizin həyatını asanlaşdırmaq, sərvətlərini artırmaq və gələcək nəsillərə ötürməkdir.
- "Private banking" və yerli bazarda geniş şəkildə təqdim olunan "VIP" bankçılıq  xidmətləri arasında əsas fərq nədir?
- İlk öncə qeyd etmək istərdim ki, növbəsiz bankçılıq və şəxsi menecerin olması bu xidmətin "private banking" adlandırılması üçün kifayət deyil. "Private banking" - müştərilər ilə bank arasında etibara əsaslanan və uzunmüddətli münasibət deməkdir. Bu münasibət müştəriyə, onun ailə üzvlərinə sərgilənən fərdi yanaşma və müştəri yönümlülüyü ilə fərqlənir. Standart məhsullarla, amma VİP adı altında müştəri kütləsinə xidmət edən bankçılıqdan fərqli olaraq, "private banking" hər bir müştəri üçün fərdi həll yollarına diqqət yetirir.
Məsələn, "PASHA Private Banking" müştərilərə ölkədə ilk dəfə olaraq maliyyə konsultasiya və sərvətin idarə olunması xidmətləri, müvafiq risk iştahası üzrə investisiya strategiyasının həyata keçirilməsi və s. özəl xidmətlər təklif edib. Hər bir müştəri onlara verilən  xüsusi imtiyazlardan faydalana bilir.
Beləliklə, "PASHA Private Banking" olaraq əsas prioritetimiz güclü və uzunmüddətli əlaqələr qurmaq, müştəriyə özəl xidmət göstərmək, tam məxfiliyi təmin etmək və geniş çeşiddə investisiya xidmətləri təqdim etməkdir.
- "PASHA Private Banking" yeni eksklüziv ödəniş kartlarını dövriyyəyə buraxıb. Bu kartlar maliyyə bazarında təklif olunan digər kartlardan nə ilə fərqlənir?
- Yeniliklər sahəsində həmişə öndə olan "PASHA Private Banking" öz müştəriləri üçün bu günlərdə xüsusi ödəniş kartlarını - "Horizon" və "Heritage" kartlarını təqdim etdi.
Kartların "Horizon" və "Heritge" adlandırılmasında ilham mənbəyimiz müştərilərimiz qarşısındakı yeni perspektivləri, açılan yeni üfüqləri birgə kəşf etməkdir. Həmçinin əsas əzmimiz qazanılan sərvəti qoruyub növbəti nəsillərə miras olaraq çatdırmaqdır.
Bu kartlara sahiblik eksklüziv yanaşma, fərqli dəyər və premium bank xidmətləri deməkdir.
- Müştəri məmnuniyyətini təmin etmək üçün "PASHA Private Banking" indiyə qədər hansı mühüm işlər görüb?
- Ötən il açılışı olan yeni ofisimiz ənənəvi bankçılığı üstün tutan müştərilərimiz üçün atdığımız mühüm addımlardan biridir. Xüsusilə, söhbət aktivlərin və sərvətin idarə olunmasından getdikdə, hər bir məhsul və bank həllinə individual yanaşma tələb olunduqda, müştərilər real mütəxəssislərlə ünsiyyətdə olmağı üstün tuturlar. Ofis yüksək keyfiyyətli, təhlükəsiz və konfidensial xidmətin təmin olunması üçün bütün şəraitlə təchiz olunmuşdur.
Ənənəvilik vacib olsa da, dünya dəyişir və inkişaf edir. Texnologiyalar, nəsillər yenilənir və biz müştərilərimizin rahatlığını maksimal şəkildə saxlamaq üçün bu texnologiyalardan geri qalmırıq. Məqsədimiz sadəcə mobil tətbiq yaratmaq deyil, "private bankıng" üçün rəqəmsal filial qurmaqdır. "PASHA Private Banking" yuxarıda sadaladığım xidmətləri ən yüksək səviyyədə davam etdirir. Xidmətlərin rəqəmsallaşdırılmasına böyük diqqət ayrılır və mobil tətbiqdə bu yöndə ciddi işlər görülüb.
Fəaliyyətimiz bir sıra nüfuzlu beynəlxalq mükafatlarla, o cümlədən "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı", "Ən yaxşı bank qrupu" mükafatları ilə təltif edilib. Bu mükafatların alınmasında müştərilərin illər ərzində "PASHA Private Banking"ə göstərdiyi etimadın rolu böyükdür.
"PASHA Private Banking" üçün əsas strategiya - müştəri məmnuniyyətidir. Qeyd etdiklərimi nəzərə alaraq, əminliklə deyə bilərəm ki, dəyərli müştərilərimiz "PASHA Private Banking"in verdiyi imtiyaz və fürsətləri dəyərləndirib, onlara göstərilən yüksək səviyyəli xidmətdən məmnun qalacaqlar.
- Müsahibəyə görə, təşəkkür edirik. / marja.az

Banklar     Tarix: 12 fevral 2024

Oxşar xəbərlər

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti


iqtisadi xeberler bitkoin qiymeti kripto investisiya bitcoin