"MFX-Trading İnvestisiya Şirkəti"nin zərəri 4 dəfədən çox - ARTIB
"MFX-Trading İnvestisiya Şirkəti" ASC 2021-ci ili 217 min 771 manat zərərlə başa vurub. 2020-ci ildə investisiya şirkətinin zərəri 53 min 425 manat olub ki, bu da illik müqayisədə 4.1 dəfə çoxdur.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə investisiya şirkətinin maliyyə hesabatında bildirilir.
2021-ci ildə "MFX-Trading İnvestisiya Şirkəti"nin gəlirləri 21 min 553 manat (əvvəlki ilə nisbətən 3 dəfə azalma), ümumi gəlir və inzibati xərcləri 239 min 323 manat (əvvəlki ilə nisbətən 4.4 dəfə artım) olub.
"MFX-Trading İnvestisiya Şirkəti"nin ötən il əməkhaqqı xərcləri 103 min 428 manat, sosial müdafiə/məşğulluq fondu xərcləri 18 min 782 manat, rabitə xərcləri 1 190 manat, amortizasiya xərcləri 14 min 996 manat, bank xərcləri 3 min 690 manat, reklam xərcləri isə 10 min 408 manat təşkil edib.
Ötən il investisiya şirkətinin aktivləri 503 min 227 manat olub ki, bu da 1 il əvvələ nisbətən 12% artımdır.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "MFX-Trading İnvestisiya Şirkəti"nu 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 770 min manatdır və qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayevdir.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?