"Microsoft Azerbaijan" bağlanır

"Microsoft Azerbaijan" bağlanır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz facebook səhifəsində bildirib.
O bildirib ki, dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir.
Artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar. Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar. Görünür ki, Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər.
Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim.
Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır.
Ümumiyyətlə son illərdə Microsoft daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı.
Xatırladıram ki, Microsoft Rusiya və Belarusda da fəaliyyətini dayandırıb.
Microsoft-un Rusiya ofisinin 500 dən çox işçisi bir anda çölə atılıb.
İndi necə olacaq?
Microsoft-un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək?
Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq ?
Bütün bunlar necə dəstəklənəcək, kordinasiya necə olacaq?
Bildiyim qədər, Azərbaycandakı sadaladığım bu işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq.
Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq.
Azərbaycanın dövlət qurumlarında Microsoft həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s.
Yeri gəlmişkən, regional məsələlərlə məğul olsalar da, Microsoft-un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.
Xatırlayıram ki Prezident İlham Əliyev də Davosda Microsoft rəhbərləri ilə görüşüb gələcək iş birliyindən danışmışdı.
Amma biz sonralar aidiyyatı qurumlar tərəfindən bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı.
Bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmadı. Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. Microsoft həllərindən böyük yaşıl enerji layihələrində istifadə olunmadı. Məsələn, Microsoft-a təklif oluna bilərdi ki, gəlib, iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun. Düşünürəm ki, bəlkə də gec deyil. Ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdır.
Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə Microsoft-u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı. Düzü, heç özüm də bilmirəm, bundan sonra Microsoftu qaytarmaq mümkün olacaqmı.
Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır.
Yəni, burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir.

Xəbərlər     Tarix: 15 noyabr 2022

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler rubl mezenne telefonla pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri