"Microsoft" süni intellekti dəstəkləyən kompüterlər istehsal edəcək
Amerikanın "Microsoft" şirkəti "Surface" noutbuk və planşetlərinin yenilənməsinə hazırlaşır. Cihazlar süni intellekt funksiyasını dəstəkləyən yeni nəsil neyron prosessorları ilə təchiz olunacaq.
Bu barədə "Windows Central" portalı məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, "Surface Pro 10" və "Surface Laptop 6" ARM arxitekturasının bazasında "Qualcomm Snapdragon X" çipləri və ya "Intel"in 14-cü nəsil prosessorları ilə komplektləşdirilib.
"Microsoft" daxilində "Qualcomm" çipləri bazasında növbəti nəsil ARM-cihazları "CADMUS" kompüterləri adlandırılır. Bu texnika "Hudson Valley" kod adı ilə xüsusi olaraq "Windows" əməliyyat sisteminin yeni versiyası altında xüsusi işlənib hazırlanır. O, növbəti nəsil süni intellektin gələcək imkanlarının çoxundan istifadə edəcək.
"Microsoft" "CADMUS" kompüterlərini eyni avtonom iş, istehsal və təhlükəsizliyə malik "Apple" cihazlarına rəqib kimi görür. Növbəti "Surface Pro" və "Surface Laptop"un fərdi "CADMUS" kompüterlərinin birincilərdən olacağı və yeni cihazların "Hudson Valley" buraxılışına hazırlıq çərçivəsində gələn il satışa çıxarılacağı gözlənilir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Onlayn biznes ideyaları
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?