Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyirBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində liderlər sammiti keçirilib.
Sammitdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.
Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi iqlim dəyişikliyinə xüsusi diqqət ayırıb. "Qlobal təşəbbüslərin qəbul olunmasından sonra Azərbaycan onların qlobal səviyyədə təşviqinə, iqlim təşəbbüslərinin və 2030-cu il gündəliyinin həyata keçirilməsinə möhkəm sadiqliyini nümayiş etdirib. Transformativ dəyişiklikləri təşviq etmək öhdəliyi dayanıqlılığa, inklüziv inkişafa və təmiz enerjiyə xüsusi diqqət yetirməklə milli iqtisadiyyatın yenidən formalaşdırılmasına bağlılığı əks etdirir. İqtisadiyyatların yenidən qurulması qlobal miqyasda effektiv və davamlı maliyyə mənbələri tələb edir. Bu səbəbdən yaşıl inkişafın sürətləndirilməsinə müsbət təsir göstərən özəl sektor investorları üçün imkanları araşdırmaq məqsədilə şəbəkə platformalarının yaradılması çox vacibdir", – deyə Mikayıl Cabbarov vurğulayıb.
Ekoloji davamlılığın Azərbaycanın inkişaf strategiyasında diqqət mərkəzinə çevrildiyini qeyd edən nazir bildirib ki, təmiz ətraf mühit ön planda tutulmaqla yaşıl enerji ən önəmli beş prioritet sahədən birinə çevrilib: "Yaşıl enerjiyə keçidin aparıcı qüvvəsi kimi bərpaolunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanda elektrik enerjisi istehsalının 24 faizini təşkil edəcək. 2030-cu il hədəfimiz isə daha da iddialı olub, bunu 30 faizə qaldırmaqdır. Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir. Otuz ildir Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşıl enerji zonasının əsasının qoyulması da hədəfə alınıb. Bununla da iqlim dəyişikliyi sahəsindəki öhdəliklərimizin yerinə yetirilməsinə töhfə verəcəyik. Azərbaycan dayanıqlı inkişafı dəstəkləmək və yaşıl transformasiyaya keçidi asanlaşdırmaqda minatəmizləmə təşəbbüslərinin həlledici rolunu qəbul edir. Minatəmizləmənin regionun rifahına və tərəqqisinə əhəmiyyətli təsirini, eləcə də ölkəmizin inkişafı üçün daha geniş əhəmiyyətini nəzərə alaraq, humanitar minatəmizləmə rəsmi olaraq Azərbaycanda 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilib". / banker.az

Xəbərlər     Tarix: 02 dekabr 2023

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler internetden pul qazanmaq bank faizleri valyuta kurslari biznes ideyalari