Milorad Dodik: "Serb Respublikası onlara öz iradələrini diqtə etməyə imkan verməyəcək"
Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Milorad Dodik alman siyasətçilərinin ölkəsinin işlərinə qarışmasını "işğal" cəhdi ilə müqayisə edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Milorad Dodik daha sonra deyib:
"Almaniya 1941-ci ildə olduğu kimi buraya qayıtmaq və yenidən hökmranlığa istəyir. Amma indi 41-dəki dövlət deyil. BMT Təhlükəsizlik Şurasından icazəsiz və təyinatsız Kristian Şmidtin rəhbərlik etdiyi nümayəndə heyətinin bura gəlməsi anlaşılan deyil".
Milorad Dodik vurğulayıb ki, Serb Respublikası böyük dövlətlərin müstəmləkəsi deyil, onlara öz iradələrini diqtə etməyə imkan verməyəcək.
"Nə Sarayevo hakimiyyəti, nə Kristian Şmidt, nə də digərləri öz siyasətlərini bizə tətbiq edə bilməzlər, çünki orada bəzi ləkəli adamlar oturublar, onlar davamlı olaraq Serb Respublikasına hücum edirlər".
Qeyd edək ki, ötən il Bosniya və Hersoqovinada Sülhün İcrası Şurasının Rəhbər Komitəsi Kristian Şmidti yeni Ali Nümayəndə təyin edib. Eyni zamanda Rusiya bu qərara qarşı çıxıb. Şuranın Rəyasət Heyətinin üzvü Milorad Dodik bildirib ki, o, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan təsdiqlənmiş Şmidtin təyinatını qəbul etmir.
Natiq Səlim,
KONKRET.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın əh bahalı brendləri - TOP-10
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab