"Minimum əməkhaqqı 500 AZN-dən az olmalı deyil" - TƏKLİFLƏ TƏLƏBİN TƏHLİLİ

"Azərbaycanda son 5 ildə dördüncü sosial islahat paketi həyata keçirilir. Ən yeni tariximizdə ilk dəfədir ki, minimum əməkhaqqı 345 manat olub".
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyevin məlum sərəncamından sonra bu tip statusları feysbukda sadə vətəndaşlardan çox, jurnalistlər, iqtisadçılar, iş o yerə çatıb ki, hətta politoloqlar da bölüşüb.
Əlbəttə ki, belə əlamətdar qərarların tirajlanması lazımdır. Çünki minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345, əmək pensiyasının minimum məbləğinin isə 280 manata çatdırılması mühüm hadisədir. Çünki bu, əhalinin rifah şəraitinə müsbət təsir edəcək. Düzü, indiki bahalaşma fonunda pensiyaların 40, minimum maaşın 45 AZN artırılması çıxış yolu deyil. Amma köməkçi artımdır. Yəni aylıq xərclərin 400 manat civarında olduğu ölkənin əhalisinin qazancı 55-75 manat əskikdir. Bu da hələ builki maaş artımı və ötən ilki bahalaşmanın müqayisəsidir. 2023-də gözlənilən bahalaşmalar hesablanmır. Məhz buna görə, yuxarıdakı statusu bölüşməyən sadə vətəndaşların rəyi bu cürdür:
"Maaşı qaldırdılar, qiymət artımına hazır olun".
Bəlkə də buna görə, rifah şəraitinin yüksəldilməsinə xidmət edən yenilik çox müzakirə olunmadı. Dünəndən bəri hər kəs wi-fi və havadan danışır. Belə ki, iqlimin soyuyacağı, yağıntılı olacağına görə internetdə zəiflik müşahidə olunacaq. Ölüm də sürətli internetiniz var axı! Digər xəbər insanlar arasında daha inandırıcı qarşılandı. Çünki Bakıya qar nadir hallarda yağsa da, yağır. Yəni sosial islahat paketi 5 ildə 4 dəfə həyata keçirilirsə, qar da 1-2 dəfə yağır. Ya da belə bir müqayisə aparaq: "Pul göydən tökülmür ki". Bakının sadə sakinləri üçün qar da pul kimi nadir tapıntıdır, yaxud yağıntıdır:
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 08-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.
Bu xəbər çıxan gündən hamı qar gözləyir. Kimlərsə bulvar-tarqovu fotosessiyası, kimlərsə qartopu oynamaq üçün. Hər halda gündəm dəyişəcək. Belə ki, gözəl mənzərə ilə yanaşı Bakının bütün eybəcərlikləri üzə çıxacaq. O soyuqda dilənənlər də olacaq, minimim maaşlı iş axtaranlar da.
Minimum əməkhaqqının son illərin adəti üzrə 50 manat artacağını hamı bildiyi üçün heç 45-ə təəccüblənmədilər. Xatırladaq ki, ötən il noyabrın 11-də deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında minimim maaşın 500 AZN olmasını təklif edib. Çünki inflyasa kimi acı həqiqətlər nəzərə alınmalıdır. Həmin iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edib. Görünür, təkliflərə qulaq asmayıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin 10 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq inflyasiyasının isə 20 faizə çatdığı açıqlanıb. İqtisadçıların fikrincə, reallıq açıqlanan rəqəmlərdən iki dəfə yüksəkdir. 2023-cü il üçün yaşayış minimumu isə ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Halbuki əhalinin xərcləri artanda yaşayış minimumu da çoxalmalıdır.
• Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
Yəni aylıq xərclər üçün minimum əməkhaqqı kifayət deyilsə, yaşayış minimumu da böyük şübhə doğurur.
Ekspertlər iddia edir ki, hökumətin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60-65 faizinə çatdırılmalıydı. Yəni orta aylıq əməkhaqqı 830 manatdırsa, minimum əməkhaqqı 550 AZN olmalıdır.
Sonda bəzi oliqarx-monoplist məmurların yadına salaq ki, camaat "acından hələ heç kəs ölməyib", "ac ol, kişi ol", "çörək bol olsa, yenilməz vətən", "pul əl çirkidir", "pis günün ömrü az olar" kimi "otmazka"lardan cana doyub. Xalqın haqqından kəsib katibələrinizin boğazına düzdüyünüz kolyelər bir gün xalta kimi sizin boynunuza taxılacaq.
KONKRET.az-ın Araşdırma Qrupu

Xəbərlər     Tarix: 07 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler dollar mezenne bank faizleri biznes qurmaq bu gunun xeberleri