Misirdə 4500 illik Günəş məbədinin qalıqları tapılıb - FOTO
Misirdə 4500 illik Günəş məbədinin qalıqları tapılıb - FOTO
Misirdə arxeoloqlar qədim Misirin Ra məbədinin xarabalıqlarını aşkar ediblər.
Tapıntı Qahirənin təxminən 20 kilometrliyində, Əbu-Qurab məbədi kompleksinin yerində tapılıb. Məbəd Günəş tanrısı Ra kultunun populyarlığının ən yüksək həddə çatdığı Beşinci Sülalə dövründə (e.ə. 2465-2323) tikilib. Sonradan Ra kultu Amon kultu ilə birləşdi, bunun nəticəsində insanlar Amon-Raya sitayiş etməyə başladılar.
Tapılan məbəd çiy kərpicdən tikilib və ölçüləri ən azı 60x20 metrdir. Arxeoloqlar L formalı giriş eyvanını, həyəti, anbarları və ibadət yerlərini müəyyən ediblər.
"Bu binanın bütün divarları ağ-qara suvanıb, qırmızı və mavi rəsmlərin izləri də görünür", - deyə alimlər bildiriblər.
Məlumata görə, yeni bir məbədin tikilməsi üçün bu məbəd tamamlanmadan sökülüb.
Həmçinin məbədin yaxınlığında arxeoloqlar çoxlu eksponatlar, o cümlədən onlarla bütöv pivə qabları və beşinci və altıncı sülalələr dövründə hökmranlıq edən fironların möhürləri olan küpələr tapıblar.
Alimlərin fikrincə, ən erkən möhürlərdən biri Nyuserredən əvvəl Misiri idarə edən və az tanınan firon Şepseskareyə məxsusdur.

Mənbə: Live Science

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Green Card nədir və onu necə əldə etmək olar?