Moody"s Ratings beynəlxalq agentliyi Xalq Bankın reytinqini yüksəltdi

MoodyMoody"s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib.
Moody"s Ratings Bankın reytinq üzrə proqnozu "stabil" olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə,  yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.
Moody"s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini ehtiyatdan öncə sağlam gəlir yarada bilmə qabiliyyəti, 2023-cü ilin sonuna 16.1%-lik TCE/RWA göstəricisi ilə güclü kapital mövqeyini təmin etməsi, sabit depozit portfeli və aşağı bazar asılılığı ilə formalaşmış güclü maliyyələşmə profili, həmçinin yuxarı likvidlik buferi (2023-cü ilin sonunda aktivlərin 24%-i) ilə əlaqələndirir.
Hesabatda yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi üzrə Ba3 göstəricisi Bankın kredit və depozit üzrə iri bazar payına malik olması ilə əsaslandırılır.   
Agentlik hesabatda Xalq Bankın uzunmüddətli depozit reytinqləri üzrə növbəti 12-18 ay ərzində sağlam əsaslarını qoruyub saxlayacağı istiqamətində müsbət gözləntilərini əks etdirir.
Qeyd edək ki, bu il 20 illiyini qeyd edən ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını davam etdirir. 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu kripto dollar mezenne