Moskva Birjasına qarşı sanksiyalar nə ilə nəticələnə bilər?

Moskva Birjasına qarşı sanksiyalar nə ilə nəticələnə bilər?İyunun 12-də ABŞ Rusiyanın Moskva Birjasına, Milli Klirinq Mərkəzinə və Milli Hesablaşma Depozitarına qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Moskva Birjasına qarşı sanksiyalar nə deməkdir?
Marja.az bu barədə Rusiya mətbuatında dərc olunmuş şərhlərdən bir nüçəsini təqdim edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
- "Birja vasitəsilə valyutanın alınması investorlar üçün iqtisadi cəhətdən cəlbedici idi, lakin indi bu pəncərə bağlanıb: görünür, dollar və avro indi evdə yalnız kağız şəklində saxlanılacaq",- "Pen & Paper"ın baş tərəfdaşı Anton İmenov deyir.
- BKHK hüquq firmasının (BKHK law firm) ortağı Roman Xaminski deyir ki, Rusiyada dollar və avro ilə ticarət birjadankənar bazara keçəcək ki, bu, əlbəttə ki, daha böyük spredlər və daha az şəffaf məzənnə ilə daha az gəlirli olacaq.
- "Çox güman ki, ABŞ-ın Moskva Birjası qrupuna daxil olan şirkətlərə qarşı sanksiyaların tətbiqi təkcə dollarla deyil, digər valyutalarda da hesablaşmalara təsir göstərəcək", - İmenov əlavə edir.
- Bunun məzənnəyə necə təsir edəcəyini birmənalı şəkildə söyləmək çətindir, - "Renessans Capital"ın baş iqtisadçısı Oleq Kuzmin deyir:  "Yaxın bir neçə gündə rubl bir qədər zəifləyəcək. Sonra isə dollar və avro alışı ilə bağlı əlavə  xərclərin yaranması səbəbindən təsərrüfat subyektlərinin valyutaya tələbi bir qədər azalacaq".
Xəbər verdiyimiz kimi, Moskva Birjası iyunun 13-dən dollar və avro valyuta cütlükləri ilə ticarəti dayandırıb. Eyni hal bu iki valyuta ilə hesablaşılan törəmə alətlərə də aiddir.
İyunun 13-nə keçən gecə Mərkəzi Bank Honq-Konq dolları ilə də ticarətin dayandırılması barədə qərar qəbul etdiyini açıqlayıb. Cümə axşamı, valyuta bazarında və qiymətli metallar bazarında, eləcə də  Moskva Birjasının törəmə alətləri bazarında ABŞ dolları, avro və Honq-Konq dollarından başqa, digər valyutalarda hesablaşmalar üzrə ticarət sessiyaları Moskva vaxtı ilə saat 9:50-də başlayıb.
Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir ki, birjadankənar bazarda dollar və avro ilə əməliyyatlar davam etdiriləcək. Moskva Birjasına qarşı sanksiyalar tətbiq etdikdən sonra Rusiya Bankı rəsmi məzənnələri necə təyin edəcəyini izah edib. Mərkəzi Bank bank hesabatlarından və birjadankənar ticarət platformalarından gələn məlumatlardan istifadə etməyə başlayacaq. Tənzimləyici belə bir alternativ proseduru hələ 2022-ci ilin oktyabrında Moskva Birjasına qarşı sanksiyaların tətbiqi halı üçün hazırlayıb və qəbul edib. Son vaxtlara qədər dolların və avronun rubla rəsmi məzənnələri Moskva birjasında valyutalarla bağlanmış əməliyyatlar üzrə orta çəkili məlumatlar əsasında müəyyən edilirdi.
"Şirkətlər və vətəndaşlar Rusiya bankları vasitəsilə dollar və avro almağa və satmağa davam edə bilərlər - vətəndaşların və şirkətlərin hesablarında və əmanətlərindəki dollar və avrodakı bütün vəsaitlər təhlükəsiz olaraq qalır",-  Rusiya Mərkəzi Bankı əmin edir. 

Maliyyə     Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler online pul qazanmaq biznes ideyalari iqtisadiyyat xeberleri internetden pul qazanmaq