Mustafa Abbasbəyli: "Bu günə qədər 13 mindən çox qazi və şəhid ailəsi üzvünün məşğulluğu təmin edilib"

Mustafa Abbasbəyli: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin "Report"a müsahibəsi:
- Mustafa müəllim, Vətən müharibəsindən sonrakı dövrdə qazi və şəhid ailəsi üzvlərinin məşğulluq məsələlərinin həll edilməsi istiqamətində ardıcıl işlər görülməsi barədə mütəmadi olaraq rəsmi açıqlamalar verilir. Nə qədər şəxsi əhatə edə bilmisiniz? Bu istiqamətdə işlər necə gedir?
- Son dövrlər ən aktual mövzulardan biri Vətən müharibəsindən qayıdan qazilərin, eləcə də şəhid ailəsi üzvlərinin işlə təmin olunması məsələsidir. Müharibə bitdikdən sonra nazirlikdə və Agentlikdə tədbirlər planı hazırlanaraq təsdiq edildi. O dövrdən başlayaraq tədbirlər planının icrası çərçivəsində kifayət qədər geniş məşğulluq tədbirləri həyata keçirilib. Bu dövrdə 13 mindən çox şəxsin məşğulluğu bu və ya digər şəkildə təmin edilib. Onlardan 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib, 5 300-dən çox şəxs işlə təmin olunub. Digər bir yeni və mühüm aktiv məşğulluq istiqamətlərindən biri də "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramıdır.
Postmüharibə dövründə bu istiqamətdə də əldə etdiyimiz nəticələr müvcuddur. 73 nəfərin məhz bu layihə çərçivəsində işlə təminatı həyata keçirilib. Bilirsiniz ki, "Məşğulluq marafonu" kampaniyasına start verildi. Bu istiqamətdə də biz işəgötürənlərlə birgə işlə təminat prosesini həyata keçirməkdə davam edirik. Mövcud vakansiyalar üzrə isə 700-ə yaxın şəxsin məşğulluğu təmin edilib. Ümumilikdə isə qeyd edim ki, Agentlik olaraq 18 600-dən çox qazi və şəhid ailəsi üzvü ilə bilavasitə iş aparılıb.
- Məşğulluq marafonunu qeyd etdiniz. Bu istiqamətdə işlər necə gedir? İşəgötürənlərin marafonda iştirakını qənaətbəxş hesab etmək olarmı?
- Qeyd etdiyim kimi postmüharibə tədbirlərinin icrası çərçivəsində bildiyiniz kimi Agentlik olaraq "Məşğulluq marafonu"na start verdik. Qısa müddət ərzində marafon kifayət qədər geniş yayıldı. Hazırda təxminən 650-dən çox şirkət üzrə 4600-ə yaxın vakansiyalar təqdim olunub. Vakansiyalar kifayət qədər geniş spektrı əhatə edir. Sevindirici hal ondan ibarətdir ki, vakansiyalar üzrə müxtəlif növ vəzifələr və əməkhaqqı kateqoriyaları təqdim edilib. Proses geniş şəkildə davam edir. Artıq marafon çərçivəsində 2440 bu kateqoriyadan olan şəxs işlə təmin edilib.
- Qazi və ya şəhid ailəsi üzvü marafona necə müraciət edə bilər? Bunun üçün hansı müraciət üsulları nəzərdə tutulub?
İlk müddətdə həmin şəxslərin müraciət etmədən məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görməyə başladıq. Şəhid ailəsi üzvü və qazilərin hər birinin məlumatı bizdə mövcuddur. Bu məlumatlar əsasında təhlil aparıb bizə təqdim olunan vakansiyalara ən uyğun namizədlərin seçilməsini özümüz həyata keçiririk. Lakin qərara gəldik ki, həmin vətəndaşların da özünün müraciətini təmin edək. Onlayn müraciət qaydası müəyyənləşdi. Qazilər və şəhid ailə üzvləri onlayn resurs vasitəsilə (dma.gov.az) öz məlumatlarını doldurub vakansiyalara uyğunluğunu məlumatlar əsasında təyin edib müvafiq işlərlə təmin edilməsinə yardımçı olacağıq. Şəhid ailələrinin üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlilləri daim dövlət başçısının və aidiyyatı qurumların diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün davamlı addımlar atılır və sosial dəstək tədbirlərimiz davam edir.

Xəbərlər     Tarix: 15 iyul 2022

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq biznes ideyalari leobank kart