Nataliya Qavrilitsa: "Biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanlarını müzakirə etmək niyyətindəyik"

Nataliya Qavrilitsa: Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycana rəsmi səfəri ərəfəsində müsahibə verib. Müsahibəni təqdim edirik.
– Xanım Baş nazir, ilk növbədə, müsahibəyə razılıq verdiyinizə görə sizə təşəkkür edirik. Azərbaycana rəsmi səfəriniz barədə nə deyə bilərsiniz? Bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafına necə töhfə verəcək?
-Mən, ilk növbədə, gözəl ölkənizə dəvətə görə Azərbaycan tərəfinə təşəkkür etmək istərdim. Səfər çərçivəsində biz Azərbaycan Respublikasının rəsmiləri ilə məzmunlu danışıqlar aparmağı planlaşdırırıq. Həmçinin ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası, nazirlik və idarələrdə, maraqlı biznes strukturlarının platformalarında görüşlər keçiriləcək.
Bakıda olmağım kontekstində xüsusilə qeyd etmək istərdim ki, bu il ikitərəfli əlaqələrimiz üçün yubiley ilidir. May ayında biz diplomatik münasibətlərimizin qurulmasının 30 illiyini qeyd etdik. Sevindirici haldır ki, bu il ikitərəfli siyasi dialoq üçün çox zəngindir. Mənim rəsmi səfərimlə yanaşı, bu il Moldova Respublikası Parlamentinin sədri İqor Qrossu, Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku və Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu da Azərbaycana səfər ediblər.
Moldova-Azərbaycan siyasi dialoqunun davam etdirilməsində və ən müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsində ümumi marağımız baxımından biz siyasi və iqtisadi sahələrdə əməkdaşlığın dinamik inkişafı, eləcə də qarşılıqlı fəaliyyətin yeni perspektiv istiqamətlərinin təşviqi üçün yaxşı zəmin yaradırıq. Təbii ki, səfərin buna tam töhfə verəcəyinə böyük ümidlər bəsləyirik.
– Moldova Respublikası Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Səfəriniz zamanı Azərbaycandan təbii qaz idxalı imkanı müzakirə olunacaqmı?
-Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. İndi də, əvvəlki kimi, biz Moldova tərəfinin təbii qazın təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasında maraqlı olduğunu təsdiqləyirik, çünki ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının qərb istiqamətində mavi yanacağın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq.
Eyni zamanda, biz elektrik enerjisi sahəsində bəzi birgə layihələrin inkişafı, Azərbaycan neft məhsullarının Moldovaya idxalı imkanını müzakirə edəcəyik.
– Moldova-Azərbaycan münasibətlərinin gündəliyinə hansı perspektivli məsələlər daxildir?
-Qeyd etdiyim kimi, Moldova tərəfi siyasi dialoqun ən yüksək səviyyədə genişləndirilməsinə açıqdır. Əminik ki, yüksək səviyyəli təmaslar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın intensivləşdirilməsi üçün əlavə impulsdur.
Son illərdə ölkələrimiz arasında ticari mübadilə sahəsində müəyyən artım olsa da, ikitərəfli əməkdaşlığın mövcud potensialını əks etdirmir və biz ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə dəstək vermək niyyətindəyik. Daha bir mühüm istiqamət investisiya layihələrinin birgə həyata keçirilməsidir.
Bizim aqrar sahədə də yaxşı əməkdaşlığımız vardır və son dövrdə bu sahədə əlaqələr yeni istiqamətdə inkişaf edir. Moldovalı mütəxəssislər azərbaycanlı həmkarlarına üzümçülüyün və şərabçılığın inkişafında uğurla kömək edirlər. Biz Moldovaya mineral gübrələrin təchizatını artırmaqda maraqlıyıq.
Əlbəttə ki, Moldova və Azərbaycan xalqları arasında ənənəvi dostluq və sıx əlaqələr kontekstində mədəniyyət, turizm və humanitar sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsinə ümid edirik.
Əminəm ki, bizim ikitərəfli qarşılıqlı münasibətlərimizin müsbət dinamikası davam edəcək və dərinləşəcək. Biz azərbaycanlı həmkarlarımızı və dostlarımızı Moldova Respublikasında görməkdən şad olardıq. / banker.az

Xəbərlər     Tarix: 10 oktyabr 2022

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler emlak xeberleri rubl mezenne dollar kursu bitkoin almaq