Nazirlikdən "Facebook"la bağlı - Xəbərdarlıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını "Facebook" sosial şəbəkə hesablarında paylaşım edərkən diqqətli olmağa çağırır.
azxeber.com xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin müəyyən etdiyi qayda və şərtlərə uyğun olmayan məlumatların paylaşılması həmin sosial şəbəkə hesablarının bloklanması ilə nəticələnə bilər.
Elektron Təhlükəsizlik Xidməti bu həssas dönəmdə media qurumlarına "Facebook" sosial şəbəkə hesablarının bloklanmasının qarşısını almaq üçün xüsusilə aşağıdakı məzmunda məlumatları paylaşmamağı tövsiyə edir:
Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, əlilliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;
Şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, nifrətə çağırış, təhqir və böhtan xarakterli məlumatlar;
İntihara yönləndirən, təşviq edən, intihar edən şəxsi təsvir edən paylaşımların edilməsi;
Zorakılığın təbliği və təşviqi;
Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi.
Qeyd edək ki, "Facebook"da istifadəçilər tərəfindən hər hansı qayda və şərtlərin pozulması halı baş verdikdə bu barədə istifadəçilərin "Facebook" hesablarına və qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçt ünvanına bildiriş və xəbərdarlıq göndərilir. Həmin bildirişlər və xəbərdarlıqlarda qeyd edilən təlimatlara qısa zamanda əməl edildiyi təqdirdə hesabların bloklanmasının qarşısı alınır. Bu səbəbdən media qurumlarına tövsiyə edilir ki, "Facebook" tərəfindən onların sosial şəbəkə hesablarına daxil olan bildirişlərə qarşı diqqətli olsunlar.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SWIFT nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes nədir?
Bill Qeyts kimdir?