Neft 2045-ci ilə qədər dünyada ən tələb olunan yanacaq növü olacaq
Neftin dünya istehlakında payı azalmağa başlasa da, 2045-ci ilə qədər ən tələb olunan yanacaq növü olaraq qalacaq.
KONKRET.az xəbər verir ki, bu barədə OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) "World Oil Outlook" (WOO) adlı illik hesabatına istinadən xəbər verir.
Təşkilatın proqnozuna görə, neftin qlobal enerji balansında payı 2045-ci ilə qədər indiki 31%-dən 29%-ə qədər azalacaq, eyni zamanda o, ən tələb olunan yanacaq növü olaraq qalacaq.
Ümumilikdə, OPEC ekspertlərinin gözlədiyi kimi, neft və qaz enerji istehlakının 50%-dən çoxunu təşkil edəcək.
Hesabatda qeyd olunur ki, bazarın qısamüddətli təhrifinə baxmayaraq, qaza tələbat kömür və biokütlənin əvəzlənməsi hesabına artacaq. "2030-cu ilə qədər qaz kömürü əvəz edəcək və enerji balansında ən çox istehlak edilən ikinci yanacaq növü olacaq", – hesabatda vurğulanır.//APA
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Server çöküb - Saytlar işləmir
Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind
Neftin qiyməti yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1