"Neft-qaz istehsalçıları bu il 2 trln. dollarlıq misli görünməmiş mənfəət əldə edəcəklər"

Enerji resurslarının qiymətlərinin artması 2022-ci ildə neft və təbii qaz istehsalçılarına 2 trilyon ABŞ dollarlıq misli görünməmiş mənfəət gətirəcək və bununla onların ümumi gəlirləri rekord həddə – 4 trilyon ABŞ dollarına çatacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun məqaləsində deyilir.
"Mövcud vəziyyət neft-qaz sektoruna təmiz enerjiyə keçidə ciddi münasibət göstərmək üçün həlledici imkan yaradır. Lakin neft və təbii qaz sənayesi enerji transformasiyasına hələ də cüzi vəsait xərcləyir. Belə ki, təmiz enerji xərcləri neft və təbii qaz şirkətlərinin ümumi kapital xərclərinin orta hesabla, təxminən, cəmi 5 %-ni təşkil edir. Bu, 2019-cu illə müqayisədə 1 % çoxdur, lakin hələ də çox azdır", – o qeyd edib.
F.Birol bildirib ki, enerji təhlükəsizliyi təkcə elektrik enerjisi və yanacağın təchizatının artırılmasından ibarət deyil: "Söhbət həm də enerji resurslarından səmərəli şəkildə istifadə edilməsindən gedir. Bu zaman, xüsusən bu məsələdə yardım edə biləcək çox sayda müasir texnologiyanı nəzərə almaq lazımdır".
O xatırladıb ki, IEA Avropa İttifaqının Rusiya təbii qazından asılılığını azaltmaq üçün Rusiyanın Ukraynaya müdaxiləsindən bir həftə sonra, yəni bu ilin martında 10 bəndlik plan hazırlayıb: "Buraya Rusiya təbii qazını əvəz etmək üçün addımlar daxildir. Bu planla təbii qaza tələbatın azaldılması üçün bina fondunun ciddi şəkildə yenilənməsi tələb olunur. Daha yaxşı materiallar və izolyasiya, yeni texnologiyalar və daha səmərəli cihazlar evlərimizi və iş yerlərimizi isitmək, soyutmaq və işıqlandırmaq üçün lazım olan enerjini kəskin şəkildə azaldır. "Ağıllı" elektrik şəbəkələr elektrik enerjisinə tələbatı daha yaxşı idarə edəcək və azaldacaq".
Onun sözlərinə görə, hazırkı qlobal enerji böhranı xüsusilə qarşıdan gələn qışda böyük problemlər yaradacaq: "Lakin qışdan sonra yaz gəlir və düzgün investisiya qərarları bu böhranı daha təmiz və təhlükəsiz enerji gələcəyinə aparan yolda tarixi dönüş nöqtəsinə çevirə bilər. Biz artıq bu istiqamətdə ümidverici addımlar görürük. ABŞ-da İnflyasiyanın Azaldılması qanununu, Avropa İttifaqının "REPowerEU" təşəbbüsünü, Yaponiyanın "Yaşıl Transformasiya" planını, Çin, Hindistan və başqa ölkələrdə bərpa olunan enerjidən istifadənin artmasını misal göstərmək olar. Yeni qlobal enerji iqtisadiyyatı yaranır. Odur ki, erkən və ehtiyatlı şəkildə sərmayə qoyan hökumətlər və müəssisələr bundan bəhrələnə bilərlər". / banker.az

Xəbərlər     Tarix: 11 noyabr 2022

Oxşar xəbərlər

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler biznes qurmaq pul qazanmaq biznes xeberleri dollar manat kursu