"Neftin indiki qiyməti ilə belə Azərbaycanın dövlət büdcəsi profisitlə çıxacaq" - "Qazprombank
2023-cü ildə Azərbaycanın maliyyə siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatı bərpa etmək üçün kütləvi fiskal stimulun tələb olunduğu dövrdə olduğundan daha mühafizəkar olacaq.
Bu, Rusiyanın "Qazprombank"ının analitik qrupunun gözləntiləridir.
"Qazprombank"ın elmi işlər üzrə rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina hesab edir ki, 2023-cü ildə Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırır, reallıqda isə büdcəni profisitlə icra etmək olar.
"Bu il kəsirin 2022 və 2021-ci illər üçün nəzərdə tutulan 3,6 və 4,1 faizdən ÜDM-in 2,4 faizinə endirilməsi planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin büdcəsi neftin qiymətinin mühafizəkar proqnozuna əsaslanır. ABŞ bank sistemində risklərin artması fonunda "Brent" markalı neftin qiyməti bir barel üçün 78 dollara endikdən sonra belə onun kotirovkaları Azərbaycan büdcəsində müəyyən edilmiş səviyyədən 1,6 dəfə yüksək olaraq qalır", - G. Xaydarşina bildirib.
"Qazprombank" hesab edir ki, neftin qiyməti bu səviyyədə qalsa belə, ilin sonuna kimi Azərbaycan büdcəsində ÜDM-in təxminən 1 %-i həcmində profisit yarana bilər.
© "Report" / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Proqramçılar üçün TOP-5 Freelance sayt
SMM nə deməkdir?