Nensi Pelosinin əri sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinib
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 5 gün həbs və 3 il şərti cəza alıb.
KONKRET.azxəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə edərkən bir nəfərə xəsarət yetirdiyinə görə Kaliforniya ştatında hakim qarşısına çıxıb.
Napa dairəsi məhkəməsi Pol Pelosiyə 4 900 dollar təzminat və 1 723 dollar məhkəmə xərcləri ödəməli olması barədə qərar çıxarıb. Məhkəmə Pola əvvəllər həbsdə keçirdiyi iki günü nəzərə alıb və yaxşı davranışına görə daha iki gün həbsi ləğv edib. Onun 5 günlük həbs cəzası 8 saatlıq ictimai iş qrafikinə dəyişdirilib.
Xatırladaq ki, mayın 28-də Kaliforniya ştatının Oakville şəhərində "Porsche" markalı avtomobili ilə qəza törədən 82 yaşlı multimilyonçu sərxoş halda maşın sürdüyü üçün saxlanılıb. Pelosi daha sonra 5 min dollar girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, Nensi və Pol Pelosi 1963-cü ildən evlidirlər.
İqbal Rzayev,
KONKRET.az

ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb
Azərbaycanın sığorta bazarı cüzi artıb
Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır
Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
"Son 2 il ərzində sığorta ödənişləri 57% artaraq 900 milyon manata çatıb"
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir?
Evdə biznes qurmağın yolları
Onlayn biznes növləri
SMM nədir?