NEQSOL Holding-in COP29-da uğurlu iştirakı haqqında
COP29 bütün dünya ictimaiyyəti, eləcə də qlobal sammitin Sinerji Tərəfdaşı olan NEQSOL Holding üçün müstəsna əhəmiyyətə malik olub.
FED.az xəbər verir ki, bu tərəfdaşlıq NEQSOL Holding-ə dünya liderləri ilə əlaqələrin genişləndirilməsi, bilik-təcrübə mübadiləsi və innovativ həllərin müzakirəsi üçün unikal platforma təqdim edib ki, bu da holdinq və onun tərkibindəki şirkətlər – Nobel Energy, Norm, Bakcell, Azerconnect Group və s. üçün iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə töhfə vermək imkanlarını gücləndirib.
COP29-da NEQSOL Holding 20-yə yaxın müxtəlif tədbirlər, həmçinin panel müzakirələr və təqdimatlar, təşkil edib. Bu tədbirlərdə 60-dan çox məruzəçi və moderator, eləcə də 700-dən çox dinləyici iştirak edib. COP29 Yaşıl Zonasında NEQSOL Holding pavilyonu yüzlərlə ziyarətçi ilə qarşılıqlı əlaqə, görüş və müzakirələrin mərkəzinə çevrilib.
Panel sessiyaları geniş sahələri əhatə edib: Azərbaycanda sement və beton sənayesi üçün Xalis Sıfır (Net Zero) yol xəritəsi; Bərpa olunan enerji layihələri; Təmiz enerji və karbon tutma texnologiyaları; Dayanıqlı icmaların inkişafında rəqəmsal platformaların rolu; Rəqəmsal gələcək üçün bacarıqların inkişafı; Təhsil və təqaüd təşəbbüsləri vasitəsilə dayanıqlı icmaların inkişafı; Dayanıqlı inkişaf üçün liderlik bacarıqlarının inkişafı; İqlim və sağlamlıq: dayanıqlı cəmiyyətlərin inkişafında sosial məsuliyyət tərəfdaşlıqlarının rolu; Neyromüxtəliflik; ESG (ekoloji, sosial və korporativ idarəetmə) və risklərin idarə edilməsi; Biznes etikası, dürüstlük və ətraf mühit; Dayanıqlı satınalma; İnnovasiya və süni intellekt vasitəsilə dayanıqlılıq; və s.
"COP29-da iştirakımız NEQSOL Holding-in dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyinin göstəricisidir. Hədəflərimiz istiqamətində holdinq və şirkətlərimiz tərəfindən müxtəlif böyük layihələr və işlər həyata keçirilir, həmçinin Nobel Energy-nin günəş enerjisi sahəsində layihələri, Audubon Companies tərəfindən təmiz enerji və karbon tutma texnologiyaları, Norm şirkətinin Net Zero Accelerator layihəsində iştirakı, telekommunikasiya qrupumuzun qlobal rəqəmsal kommunikasiya layihəsi və digər təşəbbüslər", - NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
SMM nə deməkdir?
Bitcoin nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
Layihə menecmenti nədir?