NEQSOL Holding-in dəstəyi ilə AmCham "Azərbaycanda Etika və Komplayens" mövzusunda konfrans təşkil edib - FOTOLAR

NEQSOL Holding-in dəstəyi ilə AmCham NEQSOL Holding-in Platinum sponsorluğu ilə Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) "Azərbaycanda Etika və Komplayens" mövzusunda konfrans təşkil edib.
Vodafone Ukrayna avrobondlar üzrə 12,4 milyon dollar növbəti - ÖDƏNİŞ EDİB
FED.az xəbər verir ki, tədbirdə komplayens üzrə mütəxəssislər, biznes ictimaiyyətinin yüksək vəzifəli şəxsləri və hökumət rəsmiləri iştirak ediblər.
"Beynəlxalq şirkətlər qrupu olaraq NEQSOL Holding etik biznes təcrübələrini və komplayens mədəniyyətinin daha da inkişafını təşviq etməyə sadiqdir. Dürüstlük və hesabatlılıq mədəniyyətinin formalaşması ilə bağlı düşüncələrimizi və təcrübələrimizi bölüşdüyümüz AmCham konfransını dəstəkləməkdən qürur duyuruq. Həmfikir təşkilatlar və maraqlı tərəflərlə birlikdə çalışmaqla biz hər kəsə faydalı olan etik biznes mühitini inkişaf etdirməyə davam edə bilərik", - NEQSOL Holding-in Baş Hüquq Direktoru və AmCham-ın Hüquq və Komplayens Komitəsinin sədr müavini Toğrul Əhmədov bildirib.
Toğrul Əhmədov, həmçinin "Korrupsiyaya qarşı mübarizə haqqında qanunların icrası: beynəlxalq və yerli təcrübə və perspektivlər" mövzusunda panel müzakirəsində çıxış və moderatorluq edib.
"Komplayens hazırda həm Azərbaycan, həm də xaricdə olan bizneslər üçün mühüm əhəmiyyət kəsb edir və iştirakçılar daha çox öyrənməyə çalışırlar. Müzakirələr zamanı panel iştirakçılarının öz ideyaları ilə çıxış etməsi söhbətimizi daha maraqlı və canlı etdi. Ümumilikdə tədbirin moderatoru seçilmək və bu kimi mühüm mövzunun müzakirəsində iştirak etmək mənim üçün çox xoş oldu", –  deyə Toğrul Əhmədov əlavə edib.
"Azərbaycanda Etika və Komplayens" mövzusunda olan konfransı dəstəklədiyi üçün NEQSOL Holding-ə təşəkkürümüzü bildiririk. Holdinqin etik biznes təcrübələrinə sadiqliyinin şahidi olmaq, eyni zamanda biznes ictimaiyyətində etika və komplayens mədəniyyətinin daha da təşviqi üçün onlarla əməkdaşlıq etmək çox xoşdur", - AmCham Azərbaycanın icraçı direktoru Gülnarə Aslanbəyli deyib.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Biznes     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne