NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb.
FED.az xəbər verir ki, sazişi NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF2026) çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə keçirilən Azərbaycan-Özbəkistan ikitərəfli sənədlərinin rəsmi imzalanma mərasimində imzalayıb.
Forum çərçivəsində Yusif Cabbarov Azərbaycan nümayəndə heyətinin tərkibində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşdə də iştirak edib. Görüşdə Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı barədə müzakirələr aparılıb.
Əməkdaşlıq sazişi aerokosmik, kimya və yüksək texnologiyalar kimi sahələr üçün mühüm əhəmiyyət daşıyan kritik mineralların işlənilməsinə imkan verəcək, eyni zamanda resursların məsuliyyətli şəkildə idarə olunmasına və daha dayanıqlı təchizat zəncirlərinin qurulmasına töhfə verəcək.
"Kritik mineralların sənaye, texnologiya və dayanıqlı inkişaf üçün rolu davamlı olaraq artır. Əməkdaşlıq sazişi bu sahənin dayanıqlı inkişaf prinsipləri əsasında işlənilməsi və fəal əməkdaşlığın qurulması istiqamətində ortaq niyyətimizi əks etdirir. Məqsədimiz bu əməkdaşlığı praktiki nəticələrə çevirməkdir", – deyə NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov bildirib.
Saziş tərəflər arasında perspektivli kritik mineral xammal ehtiyatlarının işlənilməsi üzrə praktiki əməkdaşlığın inkişafı üçün əsas yaradır. Əsas diqqət prioritet imkanların müəyyənləşdirilməsinə, müasir texnologiyaların və beynəlxalq standartların tətbiqinə, eləcə də uzunmüddətli dəyər və qarşılıqlı fayda yaradan layihələrin həyata keçirilməsinə yönəldiləcək.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab