NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə - TƏRƏFDAŞLIĞA BAŞLAYIR

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə - TƏRƏFDAŞLIĞA BAŞLAYIRNEQSOL Holding-in rəqəmsal öyrənmə platforması olan NEQSOL Academy qlobal səviyyədə tanınan texniki təlim və öyrənmə resursları təchizatçısı O"Reilly ilə yeni əməkdaşlığa başlayır.
Bu tərəfdaşlıq NEQSOL Holding-in əməkdaşlarının texnoloji bacarıqlarını artırmaq məqsədi daşıyır və onların sürətlə inkişaf edən biznes mühitində davamlı bilik və bacarıqlarla təmin olunmasına kömək edəcək.
FED.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində, NEQSOL Holding-in işçiləri proqram təminatının inkişafı, data elmi və liderlik kimi müxtəlif mövzuları əhatə edən OReilly-nin 50.000-dən çox elektron kitab, video və onlayn kurslardan ibarət geniş kitabxanasına çıxış əldə edəcəklər. Bundan başqa, OReilly AWS, Google Cloud və Microsoft Azure kimi platformaların sertifikatlarını qazanmaqda işçilərə dəstək olmaq üçün peşəkar hazırlıq kursları təklif edir.
"Biz işçilərimizin yüksək keyfiyyətli onlayn təlim resurslarına çıxış əldə etməsi üçün OReilly ilə əməkdaşlıq etməkdən məmnunuq. Əməkdaşlarımız bizim ən böyük aktivimizdir və biz onların öyrənməsi və inkişafı üçün sərmayə qoymağa davam edəcəyik. OReilly ilə bu strateji tərəfdaşlıq bizə əməkdaşlarımızın texnoloji bacarıqlarını artırmağa və onların öz sahələrində karyeralarını yüksəltməsinə imkan verəcək. Bu isə bizim uzunmüddətli uğurumuz üçün çox vacibdir", - deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
OReilly beynəlxalq səviyyədə tanınan və sürətlə dəyişən dünyada inkişafa kömək edən onlayn öyrənmə platformasıdır. Bu platforma canlı onlayn təlimlər, kitablar, videolar, rəsmi sertifikatlı hazırlıq materialları, proqram təminatları vasitəsilə geniş mövzuları əhatə edən interaktiv və fərdi öyrənmə imkanı təklif edir.
NEQSOL Holding 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Biznes     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR

"Azər Pak" MMC (VÖEN: 310013691) nizamnamə kapitalını azaldır. Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyo

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs


iqtisadi xeberler bitkoin telefonla pul qazanmaq bu gunun xeberleri valyuta mezennesi