NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirirNEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə "YAŞAT" Fondu ilə əməkdaşlığını davam etdirir.
Əməkdaşlıq çərçivəsində bu ildən etibarən "YAŞAT" Fondunun təşkilatçılığı ilə "Zərif Görüş" layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi şəhidlərin həyat yoldaşları arasında ünsiyyətin gücləndirilməsi, mənəvi dəstəyin göstərilməsi, müsbət psixoloji mühitin formalaşdırılması, onların şəxsi potensiallarının kəşf və inkişafına dəstək olmaqdır.
Bakıda və digər regionlarda səhər yeməyi formatında keçirilən tədbirlərdə müxtəlif mövzularda təlimlər və psixoloqlarla interaktiv dialoqlar təşkil edilir, iştirakçılara hədiyyələr təqdim olunur. Bu günədək 7 tədbirdə 250-dən çox şəhid xanımı iştirak edib və ilin sonunadək bu sayın daha da artacağı nəzərdə tutulur.
NEQSOL Holding-in dəstəyi ilə hazırda "YAŞAT" Fondu tərəfindən "Hədiyyə Karvanı" layihəsi də həyata keçirilir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün ölkəni əhatə etməklə 14 yaşadək olan 1600-dən çox şəhid övladına bayram hədiyyələri təqdim edilir. Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.
NEQSOL Holding və "YAŞAT" Fondu arasında əməkdaşlıq davamlı olaraq həyata keçirilir.
Belə ki, NEQSOL Holding-in dəstəyi ilə ötən il 2000-dən çox şəhid övladına, bir çoxu bir neçə layihə çərçivəsində olmaqla, "YAŞAT" Fondunun təşkil etdiyi Məktəb Ləvazimatları ilə Təminat (1467 nəfər), "YAŞAT" Yay Düşərgəsi (457 nəfər), Birləşmiş Krallıqda Yay Məktəbi (10 nəfər) və Hədiyyə Karvanı (1673 nəfər) sosial layihələri çərçivəsində müxtəlif formalarda dəstək göstərilib. Həmçinin, 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Ümumilikdə, 2021-ci ildən etibarən Holdinqin qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri "YAŞAT" Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
NEQSOL Holding Qurban bayramı və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. / fed.az

Biznes     Tarix: 29 may 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu