NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib - FOTO

NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib - FOTONEQSOL Holding Teymur Tağıyevin Aparat rəhbəri vəzifəsi ilə yanaşı Baş Əməliyyat Direktoru (COO) vəzifəsinə təyin olunduğunu elan edib.
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu vəzifədə Teymur Tağıyev Baş İcraçı Direktora (CEO) əsas tərəfdaş kimi çıxış edərək Holdinqin strateji prioritetlərinin Qrup üzrə aydın, koordinasiyalı və sistemli icraya çevrilməsini təmin edəcək. Onun diqqət mərkəzində funksiyalar arasında əlaqələndirmənin gücləndirilməsi, biznes proseslərinin optimallaşdırılması və resursların səfərbər edilməsi, fəaliyyət göstəricilərinin şəffaflığının artırılması və Qrupun biznesləri üzrə əsas təşəbbüslərin icrasına dəstək olacaq.
O, həmçinin müvafiq tərəfdaşlarla əməkdaşlıq şəraitində Qrup səviyyəsində seçilmiş strateji təşəbbüslərə rəhbərlik edəcək. Teymur Tağıyev resursların səfərbər edilməsi və Qrup üzrə imkanların səmərəli bölüşdürülməsi istiqamətində CEO-ya dəstək verəcək, bu prosesi qrup şirkətlərinin rəhbərlikləri ilə koordinasiya edəcək. Bundan əlavə, o, tədricən mürəkkəbləşən əməliyyat mühitində Qrup səviyyəsində potensial böhran vəziyyətlərinə cavab imkanlarının əlaqələndirilməsində və korporativ dayanıqlılığın inkişafında mühüm rol oynayacaq.
Teymur Tağıyev strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı, layihələrin idarə olunması, komplayens, risklərin idarə olunması və korporativ işlər sahəsində 20 ildən çox təcrübəyə malikdir.
2023-cü ildən etibarən o, NEQSOL Holding-də Aparat rəhbəri vəzifəsində çalışaraq CEO ofisinin fəaliyyətinə rəhbərlik edib, korporativ dayanıqlılıq istiqamətinə nəzarət edib, transformasiya və rəqəmsallaşma təşəbbüslərini inkişaf etdirib. O, 2018-ci ildə Holdinqə Strategiya və Layihə İdarəetmə Ofisinin rəhbəri kimi qoşulub və həmin vaxtdan bu kritik funksiyalara rəhbərlik edir.
"Qrupun davamlı inkişaf etdiyi bir dövrdə bu yeni məsuliyyəti üzərimə götürməkdən qürur duyuram. İcraetməni gücləndirmək, uzunmüddətli dəyər yaratmaq və bütün bizneslərimizin uğurunu dəstəkləmək üçün rəhbər komandalarımızla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm," – deyə Teymur Tağıyev bildirib.
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib - FOTO"Teymur davamlı olaraq güclü liderlik, strateji baxış və nəticəyönümlü yanaşma nümayiş etdirib. Onun bu vəzifəyə təyin olunması icranın sürətləndirilməsi, Qrup daxilində əməkdaşlığın gücləndirilməsi və inkişafımızın növbəti mərhələsinə töhfə vermək qabiliyyətinə olan inamımızı əks etdirir," – deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Kirill Rubinski bildirib.
Teymur Tağıyev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb və Böyük Britaniyanın City, London Universitetinin Bayes Biznes Məktəbində (keçmiş Cass Biznes Məktəbi) Executive MBA dərəcəsi əldə edib. O, həmçinin Harvard Universitetində Chief of Staff sertifikasiya proqramını və Duke Universitetində Strategy Execution proqramını tamamlayaraq liderlik, təşkilati uyğunlaşma və strategiyanın sistemli icrası sahələrində təcrübəsini daha da gücləndirib.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. / fed.az

Biznes     Tarix: 05 may 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu