"Neuralink" beyin çiplərini sınaqdan keçirmək üçün könüllülər axtarır
Dünyanın ən varlı adamlarından biri İlon Maska məxsus "Neuralink" şirkəti beyinə çip implantasiya etmək üçün könüllülər toplayır, Banker.az bu barədə Kommersant. ru-ya istinadən xəbər verir. Qeyd edək ki, şirkət hələ may ayında FDA təşkilatından (ABŞ Qida və Dərman İdarəsi) insan üzərində sınaqlar keçirmək üçün icazə alıb.
"Neuralink" onurğa beyninin zədələnməsi və ya amiotrofik lateral skleroz səbəbiylə əlləri və ayaqları iflic olan (tetraplegiya) könüllülər axtardığını bildirir. Sınaq zamanı xəstələrin beynin hərəkətə nəzarət edən nahiyəsinə implant yerləşdiriləcək. Tədqiqat bu texnologiyanın təhlükəsizliyini və effektivliyini qiymətləndirəcək. Şirkət neçə xəstəni qeydiyyata aldığını dəqiqləşdirməyib. Lakin bütün sınaq prosesinin təxminən altı il çəkəcəyi məlumdur.
Daha əvvəl İlon Mask beyin çiplərinin geniş imkanlarından danışmışdı ki, onların köməyi ilə piylənmə, autizm, depressiya və şizofreniya kimi sağlamlıq problemlərinin və vəziyyətlərinin öhdəsindən gəlmək mümkün olacaq. Bununla belə, ekspertlər razılaşırlar ki, bütün bunlara yaxın illərdə nail olmaq mümkün olmayacaq, çünki beyin çiplərinin kommersiya məqsədli istifadəsi üçün lisenziyanın alınması ən azı on il çəkəcək.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
SMM nədir?
İban nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?