NPT Konfransının iştirakçıları yekun sənəd üzərində RAZILAŞMADI

NPT Konfransının iştirakçıları yekun sənəd üzərində RAZILAŞMADINüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) konfransının iştirakçıları yekun sənədin məzmunu ilə bağlı konsensusa gəlməyiblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iclasda Rusiya sənədin qəbuluna qarşı çıxıb.
ABŞ Rusiyanı layihəyə son anda dəyişiklik etməyə cəhd etməkdə ittiham edib.
Rusiya tərəfi isə bir çox ölkələrin nümayəndə heyətlərinin buna qarşı olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski bildirib ki, bir çox nümayəndə heyətlərinin yekun sənəd layihəsinə etirazları var.
"Bu otaqda mətnə ​​etiraz edən çoxlu nümayəndə heyəti var. Sözsüz ki, onlara indi söz versələr bu etirazlar səslənərdi. Yalnız bir nümayəndə heyətinin etirazı etməsi ilə qətiyyən razılaşmırıq. Əgər istək varsa, biz bunu müzakirə etməyə hazırıq. Əgər belə bir istək yoxdursa, o zaman bəyan etməliyik ki, konsensus yoxdur və təqdim olunan layihə qəbul edilə bilməz", – deyə o izah edib.
Rusiyalı diplomat bildirib ki, sənədin qəbulu üçün dövlətlərin mövqeləri nəzərə alınmaqla balansın təmin edilməsi vacibdir.
Yekun sənədin qəbul edilməsi üçün onu 191 ölkə – NPT-nin bütün tərəfləri təsdiq etməlidir.
Qeyd edək ki, onuncu NPT Konfransı avqustun 1-dən 26-dək Nyu-Yorkda keçirilib. Tədbirin əsas mövzularından biri Rusiya hərbçilərinin nəzarətində olan Zaporojye AES ətrafında vəziyyət olub. Növbəti NPT İcmal Konfransı 2026-cı ildə keçiriləcək
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 27 avqust 2022

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler valyuta kurslari bu gunun xeberleri birbank bitkoin almaq