Oğlundan İbrahim Tatlısesə: 'Artistlik peşəm deyil
Türkiyəli müğənni İbrahim Tatlısəsin küsülü olduğu oğlu Ahmetlə bağlı açıqlamalarına ondan da cavab gecikməyib.
azxeber.com xəbər verir ki, sənətçi bir neçə gün öncə avtomobil qəzası keçirdiyi yerə Ahmet Tatlısəsin gəlməsinə "Heç kimlə barışmamışam. Gecə harada idi bəs? Niyə konsertimə gəlmədi? Sabahı gün səhər yeməyində hamımız bir yerdə idik, o hara idi? Artist kimi gəldi, özünü göstərdi və getdi" deyərək, reaksiya vermişdi.
Oğlu da sosial şəbəkədə paylaşım edərək məsələ barədə yazıb:
"Son yaşanan hadisədən sonra yazılanları təəccüblə oxudum, təkidlə edilən açıqlamalar gündəmdən düşmür. Artistlik nədir bilmirəm, mənim peşəm deyil. İllərdir baş verənlərin nəticəsində ürəyim də duyğusallığını itirib. Çünki artıq bilirəm taraz olmayan tərəzidə ürək ölçülməz".
Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs "psixi sağlamlığından şübhələnirəm" deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.
///Axsam.az
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi