Olaf Şolts: "Almaniya öz ordusunda olmayan silahların Ukraynaya tədarükünə başlayıb"
"Ukraynaya verdiyimiz silahların bəziləri Almaniya Silahlı Qüvvələrinin (Bundesver) silah arsenalına daxil edilməyib".
Bunu Almaniya kansleri Olaf Şolts Kanadanın "The Globe and Mail" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Almaniya Ukraynaya bütün növ, o cümlədən yeni, hətta Bundesverə daxil olmayan silah və hərbi texnika tədarük edir.
Şolts qeyd edib ki, hazırda Almaniya Ukraynaya daha ağır və bahalı silahların tədarükünə başlayıb. Buraya özüyeriyən haubitsa, reaktiv yaylım atəş sistemi (RYAS), zenit raket kompleksi (ZRK), kontr-batareya radarları daxildir.
Kansler həmçinin bildirib ki, ukraynalılar Almaniyada yeni və daha mürəkkəb hərbi təlimlər keçir: "Biz Ukraynaya gələcəkdə də nə qədər lazımdırsa, o qədər yardım edəcəyik".
O.Şolts sonda Almaniyanın Ukraynaya hərbi yardımı azaltması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind