OPEC Azərbaycanda bu il üçün neft hasilatı proqnozunu artırıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2025-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur.
Təşkilat 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən 20 min barel artacağını (öncəki proqnoz – 20 min barel artım) və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.
Qeyd olunur ki, artımın qismən "Şahdəniz", "Abşeron" və "Ümid-Babək" qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilat da bu il yeni platformanın hesabına artmalıdır.
OPEC-in hesabatına görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı təqribən 700 min barel səviyyəsində olub. Bu da illik müqayisədə 40 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 11 min barel çoxdur. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb