OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq, bu da ilik müqayisədə 6 min barel azdır. Oncəki proqnoz ilə müqayisədə artım tempi üzrə proqnoz 10 min barel azaldılıb və artımdan azalmaya tərəf korektə edilib.
Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da illik müqayisədə 49 min barel artım deməkdir. Qeyd olunan göstərici üzrə 2023-cü il üçün proqnoz dəyişməyib.
Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır. / banker.az

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta nədir və necə alınır?
Biznes planı necə yazmaq lazımdır?