OPEC-in neft tələbatının 2024-cü ildə gündəlik 2.2 milyon barel artacağı proqnozlaşdırılır

OPEC-in neft tələbatının 2024-cü ildə gündəlik 2.2 milyon barel artacağı proqnozlaşdırılırNeft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcəyini (əvvəlki proqnozla üst-üstə düşür), gələn il isə bir qədər, yəni gündəlik 1,8 milyon barel artacağını və 106,21 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə OPEC-in yanvar hesabatında qeyd edilib.
Analitiklərin hesablamalarına görə, 2023-cü ildə dünyada neft istehlakı gündəlik 2,5 milyon barel artaraq 102,11 milyon barelə çatıb.
Noyabr ayı üzrə ilkin məlumatlar göstərir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 7,3 milyon barel azalaraq 2,819 milyard barel təşkil edib. Bu, 2015-2019-cu illər üzrə orta göstəricidən 122 milyon barel aşağıdır ("OPEC+" razılaşmalarının həyata keçirilməsinin effektivliyinin referent səviyyəsi). O cümlədən, neft ehtiyatları 17,5 milyon barel artaraq 1,354 milyard barelə çatıb, neft məhsulları isə əvvəlki ayla müqayisədə 10,2 milyon barel azalaraq 1,466 milyard barel təşkil edib.
OPEC 2024-cü ilin I rübü üçün tələblə bağlı proqnozunu gündəlik 270 min barel azaldıb və təşkilat bununla bağlı göstəricini 103,32 milyon barel olacağını gözləyir. Lakin II rüb üçün proqnozunu demək olar ki, eyni həcmdə artırıb (103,92 milyon barel). Təşkilatın III rüb üçün bununla bağlı proqnozu gündəlik 90 min barel artaraq 104,89 milyon barel, IV rüb üçün isə eyni həcmdə azalaraq – 105,29 milyon barel təşkil edib.
OPEC-in proqnozuna görə, bu il OECD ölkələrində neft tələbatı gündəlik cəmi 0,3 milyon barel artacaq. OECD-yə daxil olmayan ölkələrdə neftə tələbat gündəlik təxminən 2 milyon barel artacağı proqnozlaşdırılır. 2025-ci ildə OECD ölkələri istehlakının gündəlik 0,1 milyon barel artıracağı gözlənilir. OECD-yə daxil olmayan ölkələrdə əsasən Çin, Yaxın Şərq və Hindistan da daxil olmaqla digər Asiya ölkələrində gündəlik artım proqnozu 1,7 milyon barel təşkil edir.
Müxtəlif neft məhsullarına tələbat baxımından OPEC 2025-ci ildə artımın hərəkətverici qüvvəsinin xüsusilə nəqliyyat yanacağı olacağını gözləyir. Qeyd edilib ki, həm ölkədaxili, həm də beynəlxalq aviadaşımaların artmasını nəzərə alaraq, kerosin istehlakı artmağa davam edəcək. / banker.az

Xəbərlər     Tarix: 17 yanvar 2024

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri biznes qurmaq