"OPEC+" ölkələri oktyabrda neft hasilatını artırıblar
Beynəlxalq Enerji Agentliyi (IEA) hesab edir ki, oktyabrda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri üzrə gündəlik neft hasilatı neft razılaşmasının icazə verdiyi səviyyədən 3.2 mln. barel aşağı olub, lakin noyabrda bu fərq təxminən 2 mln. barel azalacaq.
Qeyd edək ki, "OPEC+"ölkələri noyabr ayında gündəlik neft hasilatını 2 mln. barel azaltmaq qərarına gəliblər. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman izah edib ki, real azalma 1-1.1 mln. barel olacaq, çünki artıq bir çox ölkə razılaşma çərçivəsində nəzərdə tutulan kvota göstəricilərindən geriyə qalıb.
"Bizim cari hesablamalarımız sutkada təxminən 800 min barel azalma olduğunu göstərir. Bu, alyansın hazırkı hasilat göstəricilər ilə rəsmi hədəfləri arasındakı fərqi oktyabrda olan 3.2 mln. bareldən təqribən 2 mln. barelə qədər azaltmalıdır", – IEA-ın hesabatında bildirilir.
Agentlik həmçinin hesab edir ki, ümumilikdə "OPEC+" alyansının 23 ölkəsi oktyabrda gündəlik neft hasilatını 70 min barel artıraraq 44.92 mln. barelə çatdırıb – bu, 2020-ci ilin aprelindən bəri maksimum göstəricisidir.
Hesabatda qeyd olunur ki, OPEC ölkələri oktyabrda hasilatı 30 min barel azaldıb 29.8 mln. barelə, "qeyri-OPEC" tərəfdaşları isə sutkada 100 min barel artıraraq 15.12 mln. barelə çatdırıblar. Bu arada, razılaşma çərçivəsində alyans oktyabrda hasilatı vəd edilən 100 min barel əvəzinə gündə cəmi 40 min barel azaldıb. / banker.az

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Fond birjası nədir?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt
ZARA-nın uğur hekayəsi