OPEC+ ölkələrinin bir qismi neft hasilatının azaldılmasına başlayıb

OPEC+ ölkələrinin bir qismi neft hasilatının azaldılmasına başlayıbOPEC+ sazişində iştirak edən ölkələrin bir qismi 2023-cü ilin sonuna qədər davam edəcək neft hasilatının könüllü olaraq azaldılmasına bu gündən, mayın 1-dən başlayıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. Hasilatın ümumi azalması sutkada 1.66 milyon barel təşkil edəcək.
Ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC+ ölkələri gözlənilmədən aprelin 3-də, alyansın nazirlər səviyyəsində monitorinq iclasından bir gün əvvəl may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü olaraq azaldılmasını elan edib. Monitorinq iclasından sonra OPEC-in saytında dərc olunan bəyanatda hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlərin neft bazarında sabitliyin qorunmasına yönəldiyi bildirilib.
Ümumilikdə doqquz OPEC+ ölkəsi hasilata əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sutkada 500 min barel, İraq – 211 min barel, BƏƏ – 144 min barel, Küveyt – 128 min barel, Qazaxıstan – 78 min barel, Əlcəzair – 48 min barel, Qabon – 8000, Oman – 40 min barrel azaldacaq. Rusiya hasilatı iyunun sonuna qədər qüvvədə olan gündəlik 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadıb.
Hasilatı könüllü olaraq azaltmaq qərarı OPEC+ müqaviləsinin 2022-ci ilin noyabr tarixli qərarından əlavə tətbiq edilib.

Xəbərlər     Tarix: 01 may 2023

Oxşar xəbərlər

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler bitcoin kripto avtomobil xeberleri biznes qurmaq