"OpenAl" şirkəti dəyərini 100 mlrd. dollara çatdırmağı planlaşdırır
"ChatGPT"nin inkişaf etdiricisi olan "OpenAI" maliyyələşdirmənin yeni mərhələsi üzrə danışıqlar aparır, bunun sayəsində şirkətin təxmin edilən dəyəri ən azı 100 milyard dollar ola bilər, "Bloomberg" yazır.
Maliyyə razılaşması əldə olunarsa, "OpenAl" ikinci ən dəyərli Amerika startapı olacaq ("SpaceX"dən sonra). Mənbələrin bildirdiyinə görə, müddəa və şərtlər hələlik dəqiqləşməyib.
Oktyabr ayında "Bloomberg" və "WSJ"nin bildirdiyinə görə, "OpenAl" özünü 86 milyard dollar dəyərində qiymətləndirərək işçilərin səhmlərinin bir hissəsini satmaq üçün danışıqlara başlayıb. Yanvarda şirkət 30 milyard dollar dəyərində qiymətləndirilib.
Sentyabr ayında "Financial Times" qəzeti "OpenAl"ın keçmiş "Apple" dizayneri Jony Ive və "Softbank Group"ın qurucusu Masayoshi Son ilə şirkətin ilk süni intellekt cihazını yaratmaq üçün danışıqlar apardığını bildirmişdi. "OpenAI"nin baş direktoru Sem Altman cihazın inkişafı üçün "Softbank"dan 1 milyard dollar almağı gözləyir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Onlayn biznes ideyaları
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?