Orban: "Rusiyaya qarşı sanksiyalar Avropa iqtisadiyyatını məhv edəcək"
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı düşünülməmiş iqtisadi sanksiyalarla "özünü ağciyərlərindən vurub" və bu sanksiyalar aradan qaldırılmasa, onlar Avropa iqtisadiyyatını məhv etmək riski daşıyır.
Bu barədə Baş nazir Orban yerli radioya müsahibəsində deyib.
"Əvvəlcə mən elə bilirdim ki, biz özümüzü yalnız ayağımızdan vurmuşuq, amma indi aydın olur ki, Avropa iqtisadiyyatı özünü ağciyərlərindən vurub və öz nəfəsini kəsir".
Orban deyib ki, Ukraynanın köməyə ehtiyacı var, lakin Avropa liderləri strategiyalarını yenidən nəzərdən keçirməlidir, çünki sanksiyalar Rusiyanı zəiflətmir və aylarla davam edən müharibəni hər hansı bir həll yoluna yaxınlaşdırmadan Avropa iqtisadiyyatına böyük ziyan vurur.
"Sanksiyalar Ukraynaya kömək etmir, lakin onlar Avropa iqtisadiyyatı üçün pisdir və belə davam edərsə, Avropa iqtisadiyyatını məhv edəcək", – Orban deyib. "Hazırda gördüklərimiz dözülməzdir", Macarıstanın hökumət başçısı deyib.
O bildirib ki, Brüsseldəki məmurlar sanksiya siyasətinin yanlış fərziyyələrə əsaslandığını etiraf etməli və strategiyanı dəyişdirilməlidirlər.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın əh bahalı brendləri - TOP-10
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab