Orxan Bağırov yeni Mələk İnvestorlar Klubuna rəhbər - TƏYİN EDİLİB

Orxan Bağırov yeni Mələk İnvestorlar Klubuna rəhbər - TƏYİN EDİLİBİnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvü olan Orxan Bağırov "Technovate Mələk İnvestorlar Klubu"nun rəhbəri təyin edilib.
FED.az xəbər verir ki, bunu  ABŞ şirkəti "Technovate İnvestments"in qurucusu Fərid İsmayılzadə bildirib. 
Fərid İsmayılzadə Azərbaycanda "Technovate Mələk İnvestorlar Klubu"nun yaradıldığını elan edib:
"Klubumuzu ilk dəfə elə ilk üzvlərlə birlikdə "Lotfi Zadeh Technology Center"-də 18 apreldə baş tutmuş görüşümüzdə təməlini qoyduq. Bu müsahibəni oxuyan, risk etmək həvəsi yüksək olan, ildə təxminən 10-50 min dollar məbləği qlobal startaplara yatırtmaq istəyən, qarşılığında 10, 100, bəzən hətta 1000 dəfə çox gəlir əldə etmək istəyən, amma alınmasa da o pulu itirməyi göz önünə alan, dünyanın müsbət dəyişimində rol almaq istəyən soydaşlarımızı bu kluba qoşulmağa çağırıram. Bu klub mənim üçün yeni deyil. Belə ki, biz startaplarımıza "Sand Hill Angels", "Sacramento Angels" və s. bu tip klublardan vəsaitlər cəlb etmişik. Onların bəzilərinin də üzvüyəm. Əlbəttə ki, bizim bu klub Amerikadakılar ilə müqayisədə ölçü baxımından olduqca kiçik olacaqdır, amma bu ölkəmizdə mələk investisiyası riskini götürmək istəyən investorlar üçün yaradılacaq ekosistem baxımından çox vacib addımdır. Kluba üzvlük individual olaraq qiymətləndirilir. Müraciət etmək üçün www.technovateangels.com səhifəsi üzərindən məlumatları doldurub qeydiyyatdan keçmək lazımdır. İlk öncə klubda bəlli saya çatdıqdan sonra məzmunca zəngin olacaq təlimlər, vebinarlar keçirməyi düşünürəm. Yerli investorlarımızın xarici investorları dinləməsini, onların təcrübələrini öyrənməsi çox vacib nəaliyyət olacaq.Sonra isə klubumuza üzv olan investorlar Technovate-ə dünyanın istənilən nöqtəsindən müraciət etmiş və Technovate-in  "süzgəcindən" keçən startaplara, müstəqil olaraq investisiya etmək imkanı veriləcək". 
Fərid İsmayılzadə qeyd edib ki, Orxan Bağırov Kluba rəhbər təyin edilib:
"Kluba rəhbərliyi üçün bu sahədə biliyinə çox güvəndiyim, eyni zamanda investisiya və texnaloji sahədə 10 ildən çox təcrübəsi olan Orxan Bağırova təklif etdim və o da razılaşdı. Orxan Bağırov hazırda İnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvüdür. Klubun idarəçiliyi digər məsələlər onun nəzarətində olacaq. Klubun cari işləri ilə məşğul olması üçün katibliyi də olacaq. Mən isə harda olmağımdan asılı olaraq investorlara lahiyələrin gəlməsi, onların inkişafı və məlumatlandılmasında aktiv iştirak edəcəyəm". (Marja)

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaları

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər


iqtisadi xeberler kripto bank faizleri investisiya rubl mezenne