Ötən ay Hindistanın Rusiyadan neft idxalı 18%-dən çox artıb
Sentyabr ayında Hindistanın Rusiyadan neft idxalı 18 faizdən çox artıb. Rusiya bu ölkəyə enerji resurslarının tədarükünə görə ikinci yerə yüksəlib.
"The Economic Times" qəzeti bu barədə yük daşımalarının izlənilməsini həyata keçirən "Vortexa" kompaniyasına istinadla məlumat yayıb.
Hazırda Rusiya Hindistana tədarük etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur. Ölkənin neft emalı zavodlarına ötən ay gündəlik 879 min barrel yanacaq idxal olunub. Beləliklə, Rusiya neftinin Hindistana ixracı 18.5 faiz artıb.
Ekspertlərin fikrincə, daxili tələbatın mövsümi artımı ilə əlaqədar cari rübdə Hindistan Rusiyadan daha çox neft ala bilər. Bundan başqa, Avropa İttifaqının dekabr ayından etibarən Rusiya neftinin idxalına qoyduğu qadağa qüvvəyə minsə, Moskvanın bu ölkədəki xam neft bazarındakı payı artmaqda davam edəcək.
Hindistan enerji ehtiyacının 85 faizini idxal hesabına təmin edir. 2021-ci ildə Hindistana yanacağın əsas tədarükçüləri İraq və Səudiyyə Ərəbistanı olub, Rusiya isə tədarük həcminə görə 9-cu yeri tutub. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
IBAN nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
Françayzinq nədir və necə olur?