Ötən il dünyada bütün dollar milyonçularının sərvəti 4,7% artıb
Dünyadakı bütün dollar milyonçularının ümumi sərvəti 2023-cü ilin sonunda 4,7% artıb.
FED.az xəbər verir ki, bu barədə "World Wealth Report"un illik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən bu insanların ümumi kapitalı rekord həddə - 86,79 trilyon dollara çatıb. Bunun sayəsində dollar milyonçuları 2022-ci ildə ümumi sərvətlərinin 3,6% azalmasını geri qazana biliblər.
Eyni zamanda, dollar milyonçularının sərvəti ən çox Şimali Amerikada artıb. Müvafiq göstərici 7,2% artaraq 27,5 trilyon dollar təşkil edib.
Reytinqdə ikinci yeri Asiyadan olan varlılar tutub, onların məcmu kapitalı 4,2% artaraq 25,7 trilyon dollara çatıb.
Avropada dollar milyonerlərinin ümumi sərvəti ötən ilin sonunda 18,9 trilyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,9% çoxdur.
Yaxın Şərq və Latın Amerikasında isə göstəricilər müvafiq olaraq 2,9% və 2,3% artıb. Hazırda dünyanın bu bölgələrindən olan varlı insanların ümumi sərvəti müvafiq olaraq 3,5 trilyon və 9,4 trilyon dollar təşkil edir.
Lakin Afrika ölkələrində fərqli mənzərə müşahidə olunur. Yerli dollar milyonerlərinin ümumi sərvəti 1% azalaraq 1,8 trilyon dollara düşüb.
Ümumilikdə, 2023-cü ilin sonuna dünyada dollar milyonçularının sayı 22,828 milyon nəfərə çatıb. Onların sayı əvvəlki illə müqayisədə 5,1% artıb. (Report)

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
IBAN nədir?
Evdə biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?