Özəlləşdirmədən dövlət büdcəsinə 104 milyon manata yaxın vəsait daxil olub
Bu ilin yanvar-oktyabr ayları ərzində keçirilən 49 hərracda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hesabat dövründə hərraca çıxarılan dövlət əmlakı üzrə 275 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 59 onlayn qoşulma reallaşıb.
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 104 milyon manata yaxın olub ki, bu da ötən ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 1,4 dəfə çoxdur. / marja.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes nədir?
Shopify-da necə satışa başlamaq olar?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri