Pakistanın XİN başçısı Azərbaycana təşəkkür etdi
Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari ölkəsində daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edib.
KONKRET.az xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.
"Təşəkkür Azərbaycan", – xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazaraq, ölkəmizin Pakistandakı səfirliyinin Azərbaycanın İslam Respublikasına ayırdığı yardımla bağlı paylaşımına istinad edib.
Yeri gəlmişkən, Pakistan mətbuatında Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycanın da Pakistanda daşqınlardan zərər çəkənlərə yardım elan etməsi xüsusi qeyd olunur.
"Pakistan hazırda tarixinin ən dəhşətli daşqınları ilə üz-üzədir və indiyədək 950-dən çox insan həlak olub. Pakistan yardım üçün beynəlxalq ictimaiyyətə müraciət etdi və bu gün Britaniya və Birləşmiş Ərəb Əmirlikləri yardım elan etdi, lakin indi başqa bir qardaş ölkə Azərbaycan da yardım elan etdi.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd