"Paşa Bank" Azərbaycandakı imkanlı şəxslərə Avropada - ƏMLAK TƏKLİF EDİR – QİYMƏTLƏR
Ölkənin aparıcı banklarından olan «PAŞA Bank»ın premium xidmətlər təklif etdiyi «PASHA Private Banking» şöbəsi Azərbaycandakı imkanlı şəxslərə Avropada əmlaka yatırım imkanı təqdim edib.
FED.az xəbər verir ki, bu təklifə əsasən, Monteneqroda Adriatik dənizi sahilində yerləşən Portonovi şəhərciyində «Sky Villas», «One&Only Private Homes», «The Marina» və «The Village» komplekslərində əmlak almaq olar.
Qeyd edək ki, bu komplekslər də «Paşa Bankı»ın daxil oldğu «Paşa Holdinq»ə aiddir.
«Paşa Bank»ın bununla bağlı açıqlamasına görə, investorlar Monteneqroda aldıqları evlərdən valyuta ilə illik 5% qazanc əldə edə bilərlər. Gəlir, həmin əmlakın idarə edilməsi (icarəyə verilməsi) ilə əldə ediləcək. «Əmlakın icarəyə verilməsi prosesi tam olaraq Portonovi kompleksi tərəfindən həyata keçirilir»-deyə məlumatda bildirilir.
Amma təklifin «fişka»sı - bu yatırım hesabına Monteneqroda yaşayış icazəsi olmaqdır. «Ev sahibi olan şəxs Monteneqroda yaşam icazəsini də əldə etmiş olur. Yatırım bir neçə şəxs arasında bölündüyü halda, yaşam icazəsi hər bir şəxsə şamil olunur»-deyə məlumatda bildirilir.
Kompleksdə lüks şərait yaradılıb, vertolyot meydançası, tennis klubu, üzgüçülük hovuzları və sair var.
Ərazidə investorlara təqdim edilən əmlakların qiyməti Azərbaycan miqyasları üçün də çox yüksəkdir: 41 kvadratmetrlik studio mənzillərin qiyməti 310 min avrodan (kvadratı 7500 avro) başlayır. 2 yatıq otaqlı mənzillərin qiyməti 1 milyon avro, 4 otaqlılar isə 2,2 milyon avrodan başlayır. Ayrıca yerləşən villaların qiymətləri 9-15 milyon avro arasındadır (tan siyahı və qiymətlər təqdim olunur).
Qeyd edək ki, sözügedən ərazidə vaxtilə hərbi hissə, kazarmalar yerləşib. 2012-ci ildə bu ərazi 250 milyon avro yatıraraq elit turizm mərkəzinin yaradılması üçün SOCAR şirkətin tərəfindən Monteneqro hökumətindən uzunmüddətli icarəyə götürülüb. Elit kompleksin tiknitisi isə Azərbaycanın «AzMont» şirkəti tərəfindən həyata keçirilib və buraya 700 milyon avrodan az olmayan vəsait yatırılıb.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?