Payızda təhsil distant formaya keçə bilər? - AÇIQLAMA
Artıq yeni tədris ilinin başlamasına qısa müddət qalıb. Bununla paralel olaraq ölkədə epidemioloji vəziyyətin stabil olduğu deyilsə də, gündəlik yoluxma hallarında əvvəlki aylarla müqayisədə artımlar müşahidə olunur. Belə olan halda yeni tədris ilindi dərslər hansı formada başlayacağı müzakirə obyektinə çevrilib.
Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə qeyd etdi ki, qeyri-adi hallar baş verməzsə, tədrisə sentyabr ayının 15-dən başlanılacaq. Nazir həmçinin vurğuladı ki, Azərbaycanda koronavirusla bağlı heç bir problem yoxdur. Hazırki mərhələdə Operativ Qərargahın verdiyi tövsiyyələrlə işimizi davam etdiririk.
Bəs, dərslərin hansı formada başlanması daha çox realdır və üstünlük hansı formaya verilməlidir?
Təhsil üzrə ekspert Elçin Əfəndi azxeber.com-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib.
Ekspertin sözlərinə görə, dərslərin bütün istiqamətlərdə ənənəvi qaydada başlanılması daha məqsədəuyğundur:
"Məlumdur ki, ölkəmizdə kifayət qədər vaksinasiya aparılıb. Gündəlik yoluxmanın avqust ayında artım olsa da, karantin rejiminin sərtləşdirilməsin və ya məhdudiyyətlərin tətbiq olunması məsələləri yoxdur. Bunları nəzərə alaraq, dərslərin bütün istiqamətlərdə ənənəvi qaydada başlanılması daha məqsədəuyğundur. İstər məktəbəqədər, məktəbə hazırlıq, orta ümumitəhsil müəssisələrində ibtidai sinif və ya yuxarı siniflər, istər kolleclər, istərsə də universitetlərdə, yəni bütün istiqamətlərdə dərslərin əyani formada keçirilməsi vacibdir".
Elçin Əfəndi bildirib ki, əvvəlki illərdə tətbiq edilən hibrid forma effektli olmadı:
"Bundan əvvəlki illərdə dərslər hibrid formada təşkil olundu. Bu isə bir o qədər də effektli olmadı. Ona görə də biz sentyabrın 15-dən etibarən dərslərin əyani formada başlanılmasının tərəfdarı olmalıyıq. Hər hansı bir məktəbdə və ya hansısa universitetdə qruplarda yoluxma halı qeydə alınarsa, bu zaman həmin sinifin və ya qrupa 14 gün müddətində distan təhsil verilməsi mümkündür. Kütləvi hal baş verdiyi halda həmin məktəbə və ya universitetə 14 gün müddətində dərslər distant tədrir olunur. Müddət başa çatdıqdan sonra, müvafiq dezinfeksiya işləri aparıldıqdan sonra yenidən onlar üçün əyani başlaya bilər".
"Amma bir şagirdin və ya bir qrupun yoluxmasına görə, bütün respublikada dərsləri distanta keçirmək məntiqsizdir. Ona görə də, ən yaxşı yolu dediyim kimi tədbirlərin lokal şəkilədə görülməsidir. Ümumlikdə, dərslərin əyani formada başlaması vacibdir", - deyə ekspert əlavə edib.
Aydın Nuri

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Proqramçılar üçün TOP-5 Freelance sayt