"Pera Plastik Qrup"un dövlətə 9 milyon manatdan çox vergi borcu yaranıb
Rusiyanın "Pera Plastik Qrup" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
MMC-nin 9 yanvar 2025-ci ilə olan vergi borcu 8 milyon 641,1 min manat təşkil edib. 2023-cü ildə bu rəqəm 1 milyon 209,4 min manat təşkil edib.
Qeyd edək ki, sözügedən şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur. Ramiz Rzayevin qanuni təmsilçisi olduğu digər şirkət -"Kasxim" MMC-nin isə yanvar ayının 9-na olan vergi borcu 829,1 min manat təşkil edib.
"Pera Plastik Qrup" və "Kasxim" MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınan və eyni qanuni təmsilçisi olan "Pera İndustries" MMC isə bu il yanvarın 9-da şirkətin kapitalından 64 milyon manata yaxın vəsaiti geri çəkdiyini açıqlayıb. Belə ki, şirkət əvvəlki nizamnamə kapitalının həcmi əmlak şəklində formalaşdırılmış payı hesabına ümumilikdə 63 milyon 749 min 987.50 manatdan hər birinin nominal dəyəri 0.10 AZN olan 125 paydan ibarət olmaqla 12.50 manata qədər azaldıldığını elan edib.
© APA / marja.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Milyonlar qazandıran qəribə biznes ideyaları