"Petkim"in Türkiyə neft-kimya bazarında payı 12% səviyyəsindədir

SOCAR-ın Türkiyədəki "Petkim" neft-kimya kompleksi Türkiyədə yeganə inteqrasiya olunmuş neft-kimya istehsalçısıdır və hazırda ölkədə tələbatın 12%-ni qarşılayır.
Bunu "SOCAR Türkiyə"nin (SOCAR-ın Türkiyədəki törəməsi) Baş İcraçı Direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, əvvəllər "Petkimin" bazarda payı daha böyük idi, lakin hazırda bu göstərici 12% səviyyəsindədir, bu da bazarın böyüməsi və tələbatın artımı ilə bağlıdır.
O, xatırladıb ki, SOCAR Türkiyədə fəaliyyətə 2008-ci ildə təxminən 2 mlrd. dollar sərmayə ilə başlayıb və "Petkim" neft-kimya kompleksinin 51 faizinə sahib olub.
O vaxtdan bəri "Petkim"dən Azərbaycana heç bir dividend ödənilmədiyini vurğulayan E. İbadov deyib: "Petkim-in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya üçün istifadə olunub. SOCAR olaraq biz Petkim-ə 2 mlrd. dollar sərmayə qoyub, onun 51 faizinə sahib olduqdan sonra daha 1.6 mlrd. dollar sərmayə qoyduq".
Qeyd edək ki, SOCAR Türkiyədəki sərmayələrinin həcmi artıq 18 mlrd. ABŞ dollarına çatıb.
Xatırladaq ki, 2008-ci il mayın 30-da "Petkim Petrokimya Holding A.Ş."nin səhmlərinin 51%-i hərraca çıxarılıb və 2 milyard 40 milyon dollara SOCAR tərəfindən əldə edilib. Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir. / banker.az

Xəbərlər     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler telefonla pul qazanmaq valyuta kurslari 1000 manatla biznes dollarin kursu bu gun