"PMD Group" MMC-nin dəstəyi ilə Kadr hazırlıq kampı - KEÇİRİLİR
Avqust ayının 29-u "Birgə və Sağlam" İctimai Birliyi Autizm Mərkəzinin Kadr Potensialının İnkişafını təşviq etmək məqsədli yay kampı təşkil olunmuşdur.
FED.az xəbər verir ki, autizmlə bağlı yerli mütəxəssislərin təcrübələrinin inkişafında önəmli rol oynayan bu layihə "PMD Group" MMC-nin dəstəyi ilə həyata keçirilir.
31 Avqusta qədər davam edəcək kampın əsas məqsədi Autizm Spektr Pozuntusu sahəsində beynəlxalq təcrübəni ölkəmizə transfer edən və onu praktiki olaraq tətbiq edən "Birgə və Sağlam" İctimai Birliyinin mövcud kadr potensialının artırılmasıdır. Layihə çərçivəsində xarici ekspert-mütəxəssislər yerli mütəxəssislərimizə onlayn və oflayn şəkildə ABA-TDA Tətbiqi Davranış Analizi prinsipinə əsaslanan mövzuları əhatə edərək 50 nəfərlik "Birgə və Sağlam" İcitmai Birliyi əməkdaşlarının potensialının artırılması istiqamətində təlimlər keçəcəkdir.
5 gün ərzində davam edəcək kampın son 3 günündə mütəxəssislərə ölkəmizin gözəl guşəsi olan Şamaxı şəhərindəki "Shamakhi Palace Sharadil" hoteli ev sahibliyi edərək həm daha professional yanaşma, həm də yeni tədris ilinə motivasiyalı başlamaq imkanı verəcəkdir.
"PMD Group" MMC yüksək keyfiyyətli layihələr və xidmətlər icra etməklə yanaşı sosial məsuliyyət yönümlü layihələr çərçivəsində sosial-inklüzivlik, təhsil və başqa vacib sahələrdə cəmiyyətimizin dayanıqlı inkişafına nail olmağı hədəfləyir. Bu hədəfə çatmaq məqsədilə xüsusi qayğıya ehtiyacı olan fərdlərin sağlamlıqlarının təmin olunmasını, onların təhsil və iş mühitlərinə uyğunlaşmasını prioritetləşdirərək cəmiyyətimizi maarifləndirmək, inklüziv düşüncə və davranış tərzi yaratmaq üçün digər qurumlarla da əməkdaşlıq edir və bu məqsədlərə doğru birlikdə səy göstərməyə davam edir.


Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes nədir?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri