Polis Bərdədə əməliyyat keçirdi - saxlanılanlar var - FOTO
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının bugünlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif cinayət əməlləri törədən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan azxeber.com-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini Elmir Eminov idarə etdiyi "VAZ" markalı avtomobillə saxlanılıb.
Ona məxsus avtomobilə keçirilən baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Bundan əlavə şöbə əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat tədbirləri nəticəsində saxta pulların satışı ilə məşğul olan, eləcə də qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən daha iki nəfər tutulub.
Araşdırmalarla onların Bakı şəhər sakini Tapdıq Məmmədzadə və Bərdə rayon sakini Rəşan Zöhrablı olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən T.Məmmədzadəyə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 50 ədəd 50 manatlıq və 80 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 130 ədəd saxta pul, R.Zöhrablını yaşadığı ünvandan isə 1 ədəd avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.






Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?