Polislə gənclər arasında insident - 3 nəfər həbs edildi
Bir neçə gün əvvəl Səbail rayonu İçərişəhər Tarixi Memarlıq Qoruğunun ərazisində insident baş verib.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, qoruq ərazisində polis əməkdaşı Murad Quluzadə (soyadlar şərtidir) buruntaqsız "Stuff" cinsi iti gəzdirən 4 gəncə (3 oğlan və 1 qız) yaxınlaşıb. O, gənclərə itə buruntaq taxılmalı olduğunu, ətrafdakı insanların, xüsusilə uşaqların qorxa biləcəyini deyərək irad bildirib və İçərişəhərdə bu formada it gəzdirməyin qadağan olduğunu vurğulayıb. Bu zaman gənclər əvvəlcə itin təhlükəsiz olduğunu deyiblər və polis əməkdaşı onlardan tələbini davam etdirincə, "Bizim kim olduğumuzu bilirsən?!", deyərək münaqişə yaradıblar. Münaqişə zəminində onlar M.Quluzadəyə fiziki müdaxilə ediblər, polis əməkdaşı yerə yıxılıb. Bundan sonra əraziyə Səbail RPİ 9-cu PB-nin əməliyyat qrupu gəlib və polisin tələbinə əməl etməyən şəxslər bölməyə gətirilib.
Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib. Gənclər daha sonra Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Yusifə 20, qardaşı Oqtaya 10, Cəmilə isə 8 sutka həbs cəzası verilib. Onlarla birgə olan qız isə sərbəst buraxılıb.
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət