Politico: "Bayden Tayvana 1,1 milyard dollar dəyərində silah satacaq"
Bayden administrasiyası Tayvana 1,1 milyard dollarlıq silah satışı üçün ABŞ Konqresindən rəsmi icazə almağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, silah paketi hələ ilkin mərhələdədir.
Qəzetin məlumatına görə, təchizat paketinə 355 milyon dollarlıq 60 ədəd "AGM-84L Harpoon Block II" raketi, 85,6 milyon dollarlıq 100 ədəd "AIM-9X Block II Sidewinder" taktiki hava-hava raketi və 655 milyon dollarlıq kəşfiyyat radarları daxildir.
Qeyd edək ki, iyulun 16-da ABŞ Dövlət Departamenti Tayvana ümumilikdə 108 milyon dollar dəyərində hərbi texnikanın təmiri üçün avadanlıq və ehtiyat hissələrinin satışını təsdiqləyib.
Digər tərəfdən Çin ABŞ-dan Tayvana hərbi yardımı dayandırmağı tələb edib.

İqbal Rzayev,
KONKRET.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind