Prezident: "İdmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal qazanması böyük nailiyyətdir"
"İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır".
KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.
Ötən ilki nəticələri böyük nailiyyət adlandıran dövlətimizin başçısı deyib ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır və hər il yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
"Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir", – deyə Prezident İlham Əliyev vurğulayıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir?
SWIFT nədir?
İKEA şirkətinin tarixi
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 müğənnisi