Prezident İlham Əliyevlə Blinken arasında telefon danışığı oldu
ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın uzunmüddətli sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirib.
Blinken oktyabrın 4-də Azərbaycanın 17 hərbi əsirinin Ermənistana buraxılmasını alqışlayıb və Prezident İlham Əliyevi sülh prosesini dəstəkləmək üçün real addımları davam etdirməyə çağırıb.
Dövlət katibi Blinken sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, məhbusların qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İKEA şirkətinin tarixi
Az pulla hansı işi qurmaq olar?
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt